Bank Of Baku

“Eurovision-2009” müsabiqəsinin açılışında bu yarışmanın ilk qalibi olmuş isveçrəli Lis Assia iştirak edəcək

“Eurovision-2009” müsabiqəsinin açılışında bu yarışmanın ilk qalibi olmuş isveçrəli Lis Assia iştirak edəcək
# 01 may 2009 12:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Eurovision-2009” müsabiqəsinin açılış mərasimi Manej sərgi zalında baş tutacaq. APA-nın “Ria-Novosti”yə istinadən yaydığı xəbərə görə, mayın 10-da keçiriləcək müsabiqənin açılışında “Eurovision” müsabiqəsinin ilk qalibi olmuş isveçrəli Lis Assia iştirak edəcək. O, 1956-cı ildə səsləndiyi və ona qələbə gətirən mahnını ifa edəcək. Bundan əlavə yarışmanın digər qalibləri və əfsanəvi iştirakçıları da müsabiqədə qonaq qismində iştirak edəcəklər. Bu qonaqlar arasında Almaniyanın “Çingiz xan” qrupu, Ruslana, Mariya Şerifoviç, Dima Bilan və digərləri də olacaq.
Qeyd edək ki, “Eurovision-2009” müsabiqəsində 42 ölkə təmsil olunacaq. Azərbaycan bu müsabiqədə Aysel Teymurzadə və Araşın ifasında “Always” dueti ilə təmsil olunur. Müsabiqədə Azərbaycan təmsilçiləri mayın 14-də keçiriləcək ikinci yarımfinalda mübarizə aparacaqlar. Müsabiqə iştirakçıları mayın 3-dən etibarən Moskvada ciddi məşqlərə başlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR