Bank Of Baku

Araz Elsəs: “İnsan Vətəndən ayrılınca sudan ayrılmış bir balığa bənzəyir” - FOTO

Araz Elsəs: “İnsan Vətəndən ayrılınca sudan ayrılmış bir balığa bənzəyir” - <font color=red>FOTO</font>
# 06 may 2009 08:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycana köçüb bir dəfəlik yaşamağı çox istəyirəm və bu barədə düşünürəm. Ancaq bu addımı nə zaman atacağımı deyə bilmərəm, zamana buraxmışam, zaman bu suala cavab verəcək. İnsan Vətəndən ayrılınca sudan ayrılmış bir balığa bənzəyir”. Bu sözləri APA-ya açıqlamasında qürbətdə yaşayan azərbaycanlı sənətçi Araz Elsəs deyib. Sənətçi Azərbaycanda konsert verəcəyini və bu konsertin bu ilin sentyabrında keçiriləcəyini vurğulayıb. Müğənni Türkiyə ilə Ermənİstan sərhədlərinin açılması ilə bağlı aparılan danışıqlara da öz münasibətini bildirib: “Türkiyə ilə Azərbaycan arasına kimsə və bu cür boş şeylər girə bilməz. Biz bir millətik və bir dövlət kimi də çıxış etməliyik. İnanıram ki, yaxın vaxtlarda bütün bulanıq sular durulacaq. Bütün dünya bilir ki, Azərbaycan və Türkiyə bir millətdir”. A. Elsəs açıqlamasında mayın 7-də Bakıda “Qarabağ” mahnısına çəkilən klipinin də təqdimatını keçirəcəyini vurğulayıb. Söz və musiqisi Araz Elsəsə məxsus olan mahnının klip rejissoru Cavid Əhmədovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR