Bank Of Baku

“Eurovision”u işıqlandıran KİV nümayəndələri nəqliyyatdan pulsuz istifadə edəcək

“Eurovision”u işıqlandıran KİV nümayəndələri nəqliyyatdan pulsuz istifadə edəcək
# 06 may 2009 09:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Eurovision-2009” mahnı müsabiqəsini işıqlandırmaq üçün Rusiyaya səfər edəcək bütün KİV nümayəndələri Moskvada ictimai nəqliyyatdan pulsuz istifadə edəcək. APA-nın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu qərarı Moskva hökuməti verib. Nəqliyyatdan pulsuz istifadə hüququndan müsabiqənin təşkilatçısı olan Avropa Yayım İttifaqında akkreditə olunmuş jurnalistlər yararlanacaq.

Qeyd edək ki, 54-cü “Eurovision-2009” müsabiqəsinin rəsmi açılışı mayın 10-da “Manej” sərgi salonunda keçiriləcək. Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araş mayın 14-də keçiriləcək II yarımfinalda çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR