Bank Of Baku

Fərhad Göçər, Azəri qızı Günel və Rusiyanın “Lyube” qrupu Bakıda konsert verəcək

Fərhad Göçər, Azəri qızı Günel və Rusiyanın “Lyube” qrupu Bakıda konsert verəcək
# 06 may 2009 11:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mayın 21-də Heydər Əliyev Sarayında türkiyəli müğənni Fərhad Göçər Bakıda ilk konsertini verəcək. APA-nın məlumatına görə, konsertin təşkilatçısı olan “Qaliaf qrup”un rəhbəri Namiq Zülfüqarov bu gün keçirdiyi mətbuat konfransında şirkətin altı ay əvvəl fəaliyyətə başladığını deyib: “Şirkəti yaratmaqda əsas məqsədimiz Azərbaycan tamaşaçıları üçün maraqlı konsertlər təşkil etməkdir. Şirkət olaraq biz Fərhad Göçərin Bakıya gələcəyinə zəmanət veririk. Tamaşaçıları konsertin təxirə salınmayacağına inandırmaq üçün Fərhad Göçərin adından xüsusi kadrlar gətirmişik. O kadrlarda Fərhad Göçər mayın 21-də Bakıda konsertinin olacağını, konsertdə bütün Azərbaycan pərəstişkarlarını gözlədiyini bildirir”.

N. Zülfüqarov qeyd edib ki, F.Göçər şirkət rəhbərliyinə azərbaycanlı müğənni ilə duet oxumaq istəyini çatdırıb. Ancaq hələ bu müğənninin kimliyi məlum deyil. Şirkət rəhbəri türkiyəli müğənnin duet ortağının özünün seçəcəyini vurğulayıb. N. Zülfüqarov mayın 7-dən bilet satışına start veriləcəyini də qeyd edib. “Biri bana gəlsin” adı altında keçiriləcək konsertin biletlərinin qiyməti isə 60-200 manat arasındadır”.

Şirkət rəhbəri Bakıda iyunun 5-də Azəri qızı Günelin, iyunun 20-də isə Rusiyanın “Lyube” qrupunun konsertlərinin təşkil olunacağını bildirib: “Biz bir sıra yeni layihələri həyata keçirmək niyyətindəyik. Bu layihələr arasında dünyanın tanınmış musiqiçilərinin Bakıda konsertinin təşkili də var. Artıq Ququşla danışılar aparılıb. Ümidvarıq ki, çoxlarının söz verib, həyata keçirə bilmədiyi bu konserti məhz bizim şirkət təşkil edəcək”.

N. Zülfüqarov Azərbaycan müğənnilərinin də bir çox xarici ölkələrdə konsertlərinin təşkilinin şirkətin layihələri arasında olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR