Bank Of Baku

Hadisə Açıqgöz: “Mənə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirəm” - FOTOSESSİYA

Hadisə Açıqgöz: “Mənə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirəm” - <font color=red>FOTOSESSİYA</font>
# 08 may 2009 12:08 (UTC +04:00)
APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Hadisə müsabiqə çərçivəsində səhnədə ikinci dəfə məşq etdiyini bildirib. O, ilk yarımfinal mərhələsinə qırmızı rəngli kostyumda çıxacağını söyləyib. “Eurovision” müsabiqəsində iştirakını ən böyük səhnə uğuru adlandıran Türkiyə təmsilçisi bunu həyatı boyu arzuladığını qeyd edib: “TRT kanalından təklif gələn ilk gündən hərtərəfli hazırlaşmağa başladım. Çünki Avropada hər kəs üçün maraq doğura bilmək ən böyük şərtdir. Mən də çalışdım və yenə də çalışıram ki, türk xalqının mənə göstərdiyi bu etimadı yüksək səviyyədə doğrulda bilim. “Eurovision” həyəcanının ikinci dəfə Türkiyədə yaşatmaq istəyirəm”. “Dum tek-tek” klipi ətrafında söz-səhbətlərə aydınlıq gətirən Hadisə bildirib ki, onlar bu klipdə əsl sənətlə yanaşı insanların gözünü oxşaya biləcək görüntü nümayiş etdirməyə çalışıblar. O Azərbaycandakı pərəstişkarlarına verdikləri dəstəyə görə təşəkkür edib: “Bu, müddət ərzində Azərbaycandan özümə qarşı çox böyük maraq görmüşəm. Azərbaycandan çoxlu sayda mesajlar, zənglər almışam. Onlar məni dəstəkləyəcəklərini bildiriblər. Bu dəstəyə görə təşəkkür edirəm”. Mətbuat konfransında media nümayəndələrinə üzərinə Hadisənin adı yazılmış və şəkli əks olunmuş şokoladlar hədiyyə edilib. Mətbuat konfransının sonunda Hadisə “Dum tək-tək” mahnısını jurnalistlərlə birgə ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR