Bank Of Baku

Filip Kirkorov Aysel və Araşın “Eurovision”un favoritlərindən olduğunu bildirib – FOTO

Filip Kirkorov Aysel və Araşın “Eurovision”un favoritlərindən olduğunu bildirib – <font color=red>FOTO</font>
# 08 may 2009 13:34 (UTC +04:00)
Moskva. Ülkər Qasımova - APA. Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı təmisl edəcək Aysel Teymurzadə və Araş belaruslu təmsilçi Pyotr Yelfimovun müsabiqə çərcivəsində keçirilən partiyasında çıxış ediblər. APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, belaruslu təmsilçiyə dəstək olan Aysel və Araş “Always” mahnısını ifa ediblər. Tədbirin aparıcısı Ayseli “Eurovision” gözəli adlandırıb. Azərbaycan təmsilçiləri həm qonaqlar, həm də rəqibləri tərəfindən çox isti qarşılanıblar. Münsiflər Heyətinin sədri Filip Kirkorov onlara uğurlar arzulayaraq Aysel və Araşın favoritlər arasında olduğunu gizlətməyib. Aysel və Araş jurnalistlərə açıqlamalarında yarımfinala ciddi hazırlaşdıqlarını deyiblər. Onlar mayın 9-da “Olimpiyskiy” İdman Kompleksində iknci məşqlərinin keçiriləcəyini söyləyiblər.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri mayın 14-də keçiriləcək ikinci yarımfinalda 12 nömrə altında çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR