Bank Of Baku

Moskvada Türkiyənin «Eurovision»dakı təmsilçisi Hadisənin gecəsi keçirilib - FOTOSESSİYA

Moskvada Türkiyənin «Eurovision»dakı təmsilçisi Hadisənin gecəsi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 09 may 2009 11:17 (UTC +04:00)
Moskva. Ülkər Qasımova - APA. Moskvada (Rusiya) keçirilən «Eurovision-2009» yarışmasında Türkiyəni təmsil edən Hadisə Açıqgözün müsabiqə çərçivəsində gecəsi keçirilib. APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, qırmızı rəngli dekolte paltarla səhnəyə çıxan Hadisə tədbirə gəlmiş çoxsaylı tamaşaçılara təşəkkürünü bildirib: «Bu gün bu səhnədə sizin sevginizə bir daha əmin oldum. Əgər bu coşqu mayın 12-də də yaşansa, dünyanın ən xoşbəxt insani olacağam. Çıxışım günü yaxınlaşdıqca həyəcanım daha da artır. Ancaq həyəcana baxmayaraq, mən Türkiyəni layiqli təmsil etməyi qarşıma məqsəd qoymuşam».
Hadisə öz gecəsində qonaqlar üçün «Dum tək-tək», «Dəli oğlan» və digər mahnıları ifa edib. Hər çıxışının böyük coşqu ilə qarşılandığını görə müğənni sevincini gizlətməyib. Tədbirdə Hadisəyə Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araş da dəstək olublar və Türkiyə təmsilçisinə çıxaraq Hadisəyə uğurlar arzulayıblar. Bu uğurdan sonra isə Hadisə Azərbaycan təmsilçilərinin yanına gələrək Aysellə Araşa bu müsabiqədə yüksək yer tutmaq arzulayıb. Daha sonra isə Azərbaycan təmsilçiləri «Eurovision-2009» müsabiqəsi üçün hazırladıqları «Always» mahnısından bir parça canlı ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR