Bank Of Baku

“Eurovision-2009” müsabiqəsinin Azərbaycan təmsilçilərinin məşqini Rusiyanın baş naziri Vladimir Putin izləyib

“Eurovision-2009” müsabiqəsinin Azərbaycan təmsilçilərinin məşqini Rusiyanın baş naziri Vladimir Putin izləyib
# 09 may 2009 18:19 (UTC +04:00)
Azərbaycan təmsilçiləri məşqləri zamanı Rusiyanın baş naziri Vladimir Putini zalda görüncə təəcübləniblər. Həmin vaxt Eurovision-2009 müsabiqəsinin keçiriləcəyi “Olimpiya mərkəzi”nə baş çəkib, müsabiqəyə hazırlığın vəziyyəti ilə tanış olan Rusiya baş naziri Azərbaycan təmsilçilərinin məşq etdikləri zala da daxil olub. O, Azərbaycan təmsilçiləri ilə görüşərək, onlara fəaliyyətində uğurlar arzulayıb.

Aysel və Araş bu görüşdən həyəcanlandıqlarını da deyiblər.

Azərbaycan təmsilçisi Aysel Teymurzadə səhnəyə çıxanda hələ də həyəcanlandığını deyib.

Onlar bildiriblər ki, Moskvada keçirdikləri müddət ərzində bir çox ölkələrin təmsilçiləri ilə dostluq əlaqələri qurublar.

Qeyd edək ki, Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil edən Aysel Teymurzadə və Araş mayın 14-də keçiriləcək ikinci yarimfinalda cıxış edəcəklər. Azərbaycan təmsilçiləri bu müsabiqədə “Always” mahnısını ifa edəcəklər.

Mayın 12-də müsabiqənin I yarimfinalı, 16-da isə final mərhələsi keçiriləcək. Bu il 54-cü dəfə keçirilən “Eurovision” müsabiqəsində 42 ölkə təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR