Bank Of Baku

Bu gün Moskvada “Eurovision-2009” müsabiqəsinin təntənəli açılış mərasimi keçiriləcək

Bu gün Moskvada “Eurovision-2009” müsabiqəsinin təntənəli açılış mərasimi keçiriləcək
# 10 may 2009 09:34 (UTC +04:00)
Moskva-APA. Bu gün Moskvada “Eurovision-2009” müsabiqəsinin təntənəli açılış mərasimi keçiriləcək. APA-nın məlumatına görə, Rusiyanın “Birinci kanal”ı ilə canlı yayımlanacaq mərasimdə ötən illərdə “Eurovision” müsabiqəsində çıxış etmiş sənətçilərin konserti nəzərdə tutulur. Mərasimi müsabiqənin ilk qalibi, İsveçrədən olan sənətçi Lis Assia açıq elan edəcək. O, 1956-cı ildə ona müsabiqədə birincilik qazandıran mahnını ifa edəcək. Konsertdə həmçinin Filip Kirkorov, Dima Bilan, “Tatu” qrupu, Alsu, Almaniyanın “Çingiz xan” qrupu, Ruslana, Mariya Şerifoviç, İsrailin “Dana İnterneşnl” qrupu və başqa sənətçilərin çıxışları nəzərdə tutulur. Qeyd edək ki, 54-cü “
Eurovision” müsabiqəsinin yarımfinalları mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-dan 17-nə keçən gecə “Olimpiyskiy” idman kompleksində baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR