Araş: “Bakıda ev almaq arzusundayam”-FOTOSESSİYA
Araş: Biz özümüzü tam hazır hiss edirik. Bu müddətdə üzərimizdə çox işləmişik və uğur qazanacağımıza əminik. Hər şey çəkilən əziyyətdən asılıdır. Biz də Aysellə birgə çox əziyyət çəkmişik.
-Aysel: Araşla birgə çox çətin və məsuliyyətli bir yoldayıq. Biz bütünlüklə bu yarışmaya hazırıq. Düzdür, hələ də həyəcan var, ancaq burada olan çoxsaylı qonaqların bizi alqışlaması, bizə göstərdikləri diqqət həyəcanımızı azaldır. Mayın 14-də çox maraqlı və unudulmaz şou nümayiş etdirəcəyik.
-Eurovision yarışmasında iştirak sizə hansı hissləri yaşadır?
-Aysel: Bu hisslər çox gözəldir, bunu hansısa sözlə ifadə etmək mümkün deyil. Buraya gəldikdən və buradakı atmosferi görəndən sonra hisslərimiz daha da mükəmməlləşdi. Buradakı iştirakçıların pozitiv enerjisi bizə də müsbət təsir edir. Bu müsabiqədə iştirak hər ikimizin həyatında mühüm rol oynayır. Arzumuz odur ki, nəticə də bizim üçün uğurlu olsun və Azərbaycanımıza qələbə gətirməyimizlə daha gözəl hisslər yaşayaq.
-Artıq neçə müddətdir ki, Moskvadasınız və təmsilçilərin çıxışlarını izləmisiniz. Sizcə, qələbəni Azərbaycana gətirə biləcəksinizmi?
-Araş: İnşallah. İnanın bunu qəlbən istəyirik. Sözsüz ki, bizim buraya gəlməyimizdə əsas məqsədimiz də budur.
-Araş, Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil etməyiniz sizin karyeranıza hər hansısa mənfi və müsbət təsiri ola bilərmi?
-Araş: Ancaq müsbət təsiri ola bilər. Başqa cür olması qeyri-mümkündür. Sözün düzü, bu müsabiqədə Azərbaycanı təmsil etməyim həm mənə, həm də yaradıcılığıma artıq müsbət təsir göstərib. Bütün Azərbaycan xalqına mənim iştirakımı bu müsabiqədə dəstəklədiyi üçün təşəkkür edirəm.
-Məhz Azərbaycanı Eurovision müsabiqəsində təmsil edirsən. Müsabiqədən sonra Azərbaycan vətəndaşlığını qgəbul etmək haqqında düşünürsənmi?
-Araş: Çox gözəl sualdır. Elə bu an fikirləşib bu suala cavab verirəm. Əlbəttə. Bu çox realdır. Niyə də olmasın. Mən Azərbaycanı və Azərbaycan xalqını çox sevirəm.
-Müsabiqədə uğur qazansanız, Bakıda yaşamaq fikrindəsənmi?
- Eurovisionda uğur qazansaq, Bakıda ev alacağam. Əlbəttə, Bakıda ev almaq istəyirəm, bu mənim arzumdur.
-Eurovision müsabiqəsində həqiqətənmi siyasi motivlər rol oynayır? Bu sizi narahat etmir ki?
-Aysel: Əlbəttə, biz bunu anlayırıq və çox gözəl də bilirik. “Eurovision”da siyasət də var. Sadəcə, mən çalışıram ki, belə şeylərə fikir verməyim, əks-halda müsabiqəyə hazırlaşa bilmərəm.
-Araş: Mən də Ayselin dedikləri ilə razıyam. Biz bunu düşünsək, o zaman səhnədə çıxışımız uğurlu alınmayacaq. Ancaq biz uğur və yaddaqalan çıxış istəyirik.
-Müsabiqə iştirakçılarından rəqibinizin hansı ölkə təmsilçisinin olduğunu bilmək olarmı? Fikrinizi dəyişməmisiniz ki?
-Aysel: Xeyr, elə yenə də elə fikirləşirik. Ötən dəfə sizə dediyim kimi yenə də Norvec təmsilçisi ən güclü rəqibimizdir. Onun dəstəkləyənlər çoxdur. Eyni zamanda hazırladıqları mahnı, ifa çox gözəldir.
-Araş: Rəqibimizi bir yerdə müəyyənləşdirdiyimiz üçün cavabımız da eynidir.
-“Eurovision-2009” müsabiqəsinin sədri Filipp Kirkorovun sizinlə bağlı fikri necədir?
-Aysel: Filipp Kirkorov məni görən kimi “baginya” adlandırdı. Sonra da üzünü Azərbaycan nümayəndə heyətinə tutub mənim çox gözəl olduğumu dedi. Sözün qısası, məni çox xoşladı, eşitdiyim düzdürsə bizim birgə duetimiz olacaq. Araşa da qarşı çox yaxşı idi. Mahnımızı da çox bəyəndiyini dedi. O bildirdi ki, biz onun favoritlərindənik. Bizə uğurlar arzuladı və əminliklə bildirdi ki, biz ön sıralarda olacağıq.
-Aysel, sən “Eurovision-2009” müsabiqəsinin gözəli seçilmisən. Buna sevindinmi?
-Buna kim sevinməz ki? Bunu eşidən də çox sevindim və həyəcanlandım. Çox gözəl hissdir...
-Mayın 14-də keçiriləcək yarımfinalda hansı ölkələrdən səs gözləyirsiniz?
-Aysel: Hər bir ölkədən 6-7 səs gəlsə və bir neçə ölkədən 12 səs alsaq o zaman qalib olmaq mümkündür. Türkiyə, Ukrayna, Rusiya, promo-turda olduğumuz Avropa ölkələri, Sloveniya, Rumıniya, Polşadan səs gözləyirik.
-Araş: Hər halda bizi elə-belə alqışlamırlar. Bu alqışlar bizə göndərilən səslərin sayına da təsir edəcək.
-Geyimləriniz artıq tam hazırdırmı? Sirr deyilsə Aysel, sənin paltarın nə rəng olacaq?
-Aysel: Geyimimizin 90 faizi artıq hazırdır. Geyimlərimizdə bəzi detallar var ki, dizaynerimiz müsabiqənin başlamasına iki gün qalmış gələcək və onları tamamlayacaq. Mənim geyimim əsasən ağ rəngdə olacaq.
-Bu müddət ərzində iştirakçılardan dostluq münasibətləri qurduğunuz varmı?
- Malta, Belorus təmsilçiləri, şəxsən Sakas Ruvasla görüşmüşük. Dostluq əlaqələri yoxdur, sadəcə görüşümüz olub və bir-birimizi tanıyırıq. Hər bir təmsilçiyə uğurlar arzulayırıq. Çünki hər bir təmsilçi çox əziyyət çəkir. Dünya azərbaycanlılarını isə bizi dəstəkləməyə səsləyirik. Azərbaycana qələbə yaraşır!
-Araşla birgə restoranda, hovuz başında yayılan fotolar böyük əks-səda doğurdu...
-Araş: Düzdür, böyük əks-səda doğurdu, ancaq çox yanlış anlaşılma oldu. Bu heç də çoxlarının anladığı kimi deyil. Bəzi adamlar bizim haqqımızda belə şeylər yayırlar, ancaq bu tamamilə yanlış bir şeydir. Biz Aysellə bacı-qardaşıq.
-Aysel: Biz Araşla bacı-qardaşıq. Biz bir-birimizlə zarafatlaşırıq, oynayırıq. Bizim restoranda, hovuz başında da fotolarımız çəkilib. Ancaq biz nə restoranda, nə də hovuz başında tək deyildik. Həm müəllimlərimiz, eyni zamanda Azərbaycan nümayəndə heyəti bizimlə birgə idi. Paparasilərin işi də belə fotolar çəkib yaymaqdır. Ancaq fotoların yayımlanmasından sonra yaranan söz-söhbət yanlış anlaşılmamalıdır. Araşla aramızda heç nə yoxdur və heç vaxt da ola bilməz. Biz sadəcə çox yaxşı dostuq, bu dostluq müsabiqədən sonra da davam edəcək.
-Araş, övladın varmı?
- Hələ ki, övladım yoxdur, ancaq övladımın olmasını çox istəyərdim. Çünki uşaqları çox istəyirəm. Uşaqlarda həyat, sevgi görürəm.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq