Bank Of Baku

Ruslana: “Aysellə Araşın Azərbaycana qələbə qazandıracağına inanıram” – FOTO

Ruslana: “Aysellə Araşın Azərbaycana qələbə qazandıracağına inanıram” – <font color=red>FOTO</font>
# 12 may 2009 07:20 (UTC +04:00)
Moskva. Ülkər Qasımova-APA. “Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil edən təmsilçilər çox peşəkardırlar. Həm Aysel, həm də Araş özlərini sevdirməyi bacarıblar”. Bu eksklüziv açıqlamanı APA-ya 2004-cü ildə “Eurovision” müsabiqəsinin qalibi olmuş Ukraynadan olan müğənni Ruslana verib. O, Azərbaycan təmsilçilərinin bu il də ön sıralarda olacağını əminliklə vurğulayıb: “Tam səmimi deyirəm ki, Aysellə Araş bu müsabiqəyə hərtərəfli cavab verirlər. Həm mahnı seçimi, həm rəqs, eyni zamanda Aysellə Araşda olan həvəs və məsuliyyət gözəl nəticənin əldə olunacağına zəmin yaradır. Ümumiyyətlə bu il müsabiqənin təşkili və iştirakçıları çox yaxşıdır. Ancaq mən Aysellə Araşın Azərbaycana qələbə gətirəcəyinə inanıram. Azərbaycan təmsilçilərinin ön sıralarda olacağı bukmekerlərin açıqladığı əmsallardan və aparılan çoxsaylı sorğulardan da məlumdur”. Ruslana artıq Azərbaycan təmsilçiləri ilə görüşdüyünü, onlara uğur dilədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR