Bank Of Baku

Belarus təmsilçisi Pyotr Elfimov: “Aysel və Araş mənim əsas rəqiblərim sırasındadırlar” - FOTO

Belarus təmsilçisi Pyotr Elfimov: “Aysel və Araş mənim əsas rəqiblərim sırasındadırlar” - <font color=red>FOTO</font>
# 12 may 2009 07:48 (UTC +04:00)
Moskva. Ülkər Qasımova-APA. “Aysel və Araşın ifasını çox bəyənirəm. Onlar mənim əsas rəqiblərim sırasındadır”. Bu açıqlamanı APA-nın Moskvaya ezam olunmuş müxbirinə Belarusu “Eurovision-2009” müsabiqəsində təmsil edən Pyotr Elfimov deyib. O Azərbaycan təmsilçilərinin bu müsabiqədə ifa edəcəyi “Always” mahnısı ilə bağlı fikirlərini bildirib: “İlk dəfə bu mahnını eşidəndə çox xoşuma gəldi. Bu mahnı bütün ölkələri birliyə səsləyir, insanın ürəyindən xəbər verir. Bunu bir mən yox, bütün dinləyicilər deyir. Ümumiyyətlə Azərbaycanın builki təmsilçiləri barədə ancaq xoş fikirlər söyləmək olar. Araşla çoxdan tanışıq, ancaq Aysellə burada tanış olmuşuq və hər ikisi haqqında fikrim yüksəkdir”. P. Elfimov Aysel və Araşın yüksək nəticə əldə edəcəyinə də əmin olduğunu vurğulayıb. Bu müsabiqədə ifa edəcəyi mahnısından da söz açan belaruslu təmsilçi, mahnının özünə məxsus olduğunu vurğulayıb: “Bu mahnı sevgidən bəhs edir. Sevginin insan həyatında nə qədər önəmli rol oynadığını göstərmək istəmişəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR