Bank Of Baku

Bu gün “Eurovision-2009” müsabiqəsinin yarımfinalında çıxış edəcək Türkiyə sənətçisi Hadisənin səhhətində problemlər yaranıb - EKSKLÜZİV - FOTOSESSİYA

Bu gün “Eurovision-2009” müsabiqəsinin yarımfinalında çıxış edəcək Türkiyə sənətçisi Hadisənin səhhətində problemlər yaranıb - <font color=red>EKSKLÜZİV - FOTOSESSİYA</font>
# 12 may 2009 11:36 (UTC +04:00)
APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu gün keçiriləcək ilk yarımfinal mərhələsində 9-cu sırada çıxış edəcək Hadisə virusa yoluxub və bu səbəbdən həm səsində, həm də sifətində problemlər yaranıb. Hadisə səhhətindəki problemlərlə əlaqədar “Eurovision” müsabiqəsinin açılış mərasimində iştirak edə bilməyib. Buna baxmayaraq dünən ilk yarımfinal yarışmasının məşqləri keçirilib və Hadisə bu məşqə qatılıb. O APA-ya verdiyi açıqlamada səhhətindəki problemlərin bu gecə keçiriləcək yarımfinalda çıxışına mənfi təsir göstərməyəcəyinə ümid etdiyi bildirib. Qeyd edək ki, Hadisə Moskvada keçiriləcək “Eurovision-2009” müsabiqəsində qalib gəlməyə 3 əsas namizəddən biri sayılır. Bukmekerlər Hadisənin qalib gəlmək şansını yüksək dəyərləndirərək onun qələbəsinə ən aşağı əmsal veriblər. Bukmeker kontorlarının ekspertləri müsabiqədə Norveç və Türkiyə təmsilçilərini qələbəyə ən iddialı şəxslər hesab edirlər. Qeyd edək ki, bu gün keçiriləcək səsvermədə Azərbaycan vətəndaşları da SMS göndərərək iştirakçılara dəstək vermək imkanına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR