Bank Of Baku

Ermənistan təmsilçilərini “Eurovision-2009” müsabiqəsinə azərbaycanlı hazırlayıb

Ermənistan təmsilçilərini “Eurovision-2009” müsabiqəsinə azərbaycanlı hazırlayıb
# 12 may 2009 12:29 (UTC +04:00)
APA-nın “Novosti Armeniya”ya istinadən yaydığı məlumata görə, Aslan Əhmədov Ermənistan təmsilçilərinin çıxışını hazırlayan “Fresh Art” şirkətinin təsisçilərindən biridir. O digər təsisçilər David Gevorkov və Aleksandr Siradekyanla birgə Anuş və İnqanın çıxışı üçün xüsusi kompozisiya tərtib edib. “Fresh Art”ın rəhbərləri Ermənistan təmsilçilərini “Eurovision-2009”-a hazırlamaq işinin məhz onlara tapşırılmasından qürur duyduqlarını bildiriblər: “Fəxr edirik ki, qüdrətli və qədim dövlət olan Ermənistanı özündə çoxəsrlik mədəniyyəti və etnosu təcəssüm etdirən qeyri-adi koloritli mahnı ilə təmsil etmək işini bizə həvalə ediblər”.

Qeyd edək ki, Ermənistan təmsilçilərinin “Eurovision-2009”-da çıxışının tərtibatı ilə məşğul olan Aslan Əhmədov 1973-cü ildə Bakıda anadan olub. 1994-cü ildə Bakıda İncəsənət Universitetini bitirən Aslan Əhmədov Sankt-Peterburqa köçüb. O orada ermənilər David Gevorkov və Aleksandr Siradekyanla birlikdə “Fresh Art” şirkətini təsis edib.

APA-nın “Eurovision-2009” müsabiqəsinin işinin işıqlandırmaq üçün Moskvaya ezam olunmuş müxbiri Ermənistan təmsilçilərinin çıxışını hazırlayan Aslan Əhmədovdan bununla bağlı açıqlama almaq istəsə də, o açıqlama verməkdən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR