Hadisə: “Azərbaycandan 12 xal gözləyirəm” – EKSKLÜZİV - MÜSAHİBƏ
- Özünüzü necə hiss edirsiniz?
- Bir balaca yaxşıyam, ancaq hələ tam xoşbəxt deyiləm. Üzümdəki problemlərdən dolayı çəkilişlərdən narazıyam. Hazırda heç nə istədiyim kimi deyil. Bəlkə bu axşam səhnəyə çıxanda hər şey daha yaxşı olacaq. Hazırlıq işlərinə başlamışıq. Başa düşürəm ki, bu hal rejissorlar üçün də asan deyil. Axı bu müsabiqədə 42 ölkə yarışır və finalda 24 ölkə olacaq. Ancaq çəkilişlərdən heç razı deyiləm. Həqiqətən də çıxışım ekranda heç də gözəl çıxmır.
- Səhhətinizdə yaranan problemlər, üzünüzdə ləkələrin əmələ gəlməsinin nəzərlə əlaqəsi ola bilərmi? Bəlkə Sizə nəzər dəyib?
- İnanın ki, ürəyimdən xəbər verdiniz. Mən də məhz bu cür düşünürəm. Heç nəyin ürəyimcə olmaması, üstəlik də üzümdə ləkələrin çıxmasının nəzərlə əlaqələndirirəm Mənim və ifa etdiyim “Düm tək-tək” mahnısı ətrafında çox danışıldı. Hər kəsin “Hadisə birinci olacaq” deməsinin sonunda nəzər olmalıydı və oldu. Bunu başqa cür izah etmək mümkün deyil. Hər şeyə baxıram, ancaq heç nə ürəyimcə deyil. Nə edəcəyimi də bilmirəm.
- Deyəsən, bütün bu olaylar Sizin əhvalınıza da mənfi təsir göstərib?
- Çox pisəm, bütün bunlar əhvalıma çox pis təsir edib. Özümü çox pis hiss edirəm. Ancaq yenə də Allahdan ümidimi üzmürəm və nəticəni gözləyirəm. Yenə də hər şeyin yaxşı olacağına inanıram. Çünki çox əziyyət çəkmişik, tək mən yox, bütün komandamızla birgə çox çətinliklərdən keçmişik.
- Azərbaycanda çox sevildiyinizdən xəbərdarsınızmı?
- Əlbəttə xəbərim var və Azərbaycan xalqının bu sevgisindən çox məmnunam. Xatırlayıram ki, “Dum tək-tək” müsabiqədə iştirak hüququ qazanan zaman Azərbaycan məni çox dəstəklədi və bu gün də bu dəstək davam edir. Oradan mesaj yazan, zəng edən hər bir soydaşımız bu mahnını bəyəndiyini bildirirlər. “Dum tək-tək”in sayəsində Hadisə adı də Azərbaycanda tanındı. Bunun üçün özümü çox xoşbəxt sayıram. Azərbaycanda bu qədər seviləcəyimi heç ağlıma belə gətirmirdim, ancaq bu oldu. Bütün Azərbaycan xalqına bu sevgiyə görə təşəkkür edirəm. Bu gün göndərəcəkləri “sms”lərlə məni dəstəkləyəcəklərinə əminəm.
- Bu axşam qardaş ölkə olan Azərbaycandan özünüzə hansı səsi gözləyirsiniz?
- Mən Azərbaycandan ən yüksək səs göstəricisi olan 12 səsi gözləyirəm. Xüsusi olaraq onu vurğulayım ki, mənim Azərbaycan təmsilçilərinin mahnısından çox xoşum gəlir, qısacası bu mahnıya bayılıram. Hər ikisinin iştirak səviyyəsi çox gözəldir. Bu yarışmada səhv etmirəmsə, Azərbaycan təmsilçilərindən başqa daha bir ölkədən qız və oğlan təmsilçisi var. Aysel də, Araş da çox gözəldirlər, eləcə də onların ifa etdikləri mahnıda hər şey var. İnşallah Türkiyədən də 12 səs Aysel və Araşa gələcək. Mən bunu gözləyirəm.
- Yəqin ondan da xəbərdarsınız ki, Azərbaycanda çox aşiqiniz var. O aşiqlər arasında Sizin ürəyinizə yol tapanı olsa, ailə qurmağa razılıq verərsinizmi?
- Əlbəttə ki, ailə quraram. Niyə də olmasın. Məncə insan aşiq olunca heç zaman etmədiyi şeyləri edir. Bunu mən də edə bilərəm. Belçikada olan əmim uşaqları, dayım uşaqları ailə qurub Danimarkaya, İtaliyaya getdilər, indi də xoşbəxt həyat yaşayırlar. Yəni sevgi insanı kor edir.
- Özünüzü finalda görürsünüzmü?
- İnanın ki, buna da əmin deyiləm. Əgər gözəl çəkiliş olarsa, finala keçə bilərəm. Şəxsən mən hazırkı çəkimdən təsirlənmirəm. Televiziya tamaşaçıları isə ancaq ekrandan buna baxa bilirlər. Ona görə də çəkim gözəl olmalıdır ki, səslər də çox gəlsin.
- Bir çox təmsilçilər Sizi özlərinə ən güclü rəqib hesab edirlər. Bəs, Siz öz rəqiblərinizi müəyyənləşdirmisiniz?
- Dəqiq ad çəkə bilməyəcəyəm. Mən bütün təmsilçilərin mahnılarını və çıxışlarını izləmişəm. Fikrimcə hər kəs çıxışını çox şişirdib. Yəni hər kəsin çıxışında ifanı yayındırıcı elementlərə çox yer verilib. Səhnədə nələrinsə uçuşması, geyimlərin bir az qəribə və daha çox uzun olmasını yaxşı hal kimi qiymətləndirmirəm. Biz isə komandamızla birgə daha sadə görünüş yaratmağa çalışmışıq. Rəqsimizlə, hərəkətlərimizlə biz daha çox səviyyəmizdəki enerjini tamaşaçıya çatdırmaq istəyirik. Bu üzdən özümə çox əminəm. Mən əvvəldən rəqiblərim haqqında düşünməmişəm. Onların nə geyinəcəyi, nə oxuyacağının da çox üzərinə getməmişəm. Bu səbəbdən də burada bir rəqibim var deyib də gəzmirəm. Sadəcə istəyim ölkəmi yüksək səviyyədə təmsil etməkdir. Gözəl bir səviyyə nümayiş etdirmək və ekrana da çox gözəl çıxmaq istəyirəm.
- Elə zənn edin ki, Siz bu yarışmaya qatılmamısınız. Kənardan bir tamaşaçı kimi hansı ölkəyə səs verərdiniz? Sizin ilk beşliyinizdə hansı ölkələr olardı?
- Bu suala cavab verməmişdən əvvəl düşünməliyəm. Azərbaycan top beşliyimdə mütləq olardı. Hollandiya təmsilçilərinin ifasını çox bəyənirəm. Həmin təmsilçilərin üçü də çox tanınmışdır və onların səsi çox xoşuma gəlir. Onların mahnısı məni çox xoşbəxt edir, çox güldürür. İsveçrənin təmsilçilərini də, mahnısını da çox bəyənirəm. Onu da top-beşliyə qoya bilərəm.
- Sizin çox güclü komandanız var. Bu komandanızı ətrafınıza özünüz yığmısınız?
- Bəli, hər birinin yanımda olmasını özüm istəmişəm. Hər birinə və onların işinə çox böyük dəyər verirəm. Onların hər biri öz işlərində peşəkardırlar. Məhz peşəkarlar sayəsində də bu qədər uğurlu çıxışlarımız olur.
- Bəs, “Eurovision-2009” müsabiqəsində mahnınızın, səhnə geyiminizin, rəqsinizin seçiminin müəllifi kimdir?
- Şəxsən özümə aiddir. Bu axşam bütün Avropanın seyr edəcəyi nömrənin müəllifi özüməm. Düzdür, bütün bunlar komanda ilə birgə hazırlanıb və bütün komandamızla birgə çox əziyyət çəkmişik. Ancaq geyim, rəqs seçimi özümə aiddir.
- Siz “Eurovision-2009” müsabiqəsində üç əsas namizəddən biri sayılırsınız. Yəni məhz Sizin qalib olacağınızı deyənlərin sayı çoxluq təşkil edir. Qələbəyə hazırsınızmı?
- Siz mənim kefimi yüksəldiniz. Bu gün əhvalım çox pozulmuşdu, bu cür sözlərdən sonra inamım artdı. İnşallah, qələbəyə hazır olmağa ehtiyac yoxdur. Sadəcə qalib olduğumu eşidən an xoşbəxtliyimin həddi-hüdudu olmayacaq. Hər şey Allahın qismətinə bağlıdır.
- Qalib olsanız qələbənizi necə qeyd edəcəksiniz?
- Vaxtın azlığından heç bu barədə düşünməmişəm. O qədər işləyirik ki, bir dəqiqəmiz belə boş olmur. Qələbəni necə qeyd edərdim? Həmin an məndən hər şey gözləyin. Belə bir şey baş versə, hər şey ola bilər...
- “Eurovision” müsabiqəsi bitdikdən sonra Azərbaycana gəlmək haqda düşünürsünüzmü?
- Bunu çox istəyirəm. Azərbaycana gəlmək, Bakını gəzmək, Bakıda konsert vermək və o sevgini yaxından hiss etmək, gözlərimlə görmək və Azərbaycan xalqının alqışlarInı eşitmək istəyirəm. Məni Azərbaycanda gözləyin, mütləq gələcəyəm...
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq