Bank Of Baku

“Eurovision-2009” müsabiqəsinin təşkilinə 30 milyon dollar ayrılıb

“Eurovision-2009” müsabiqəsinin təşkilinə 30 milyon dollar ayrılıb
# 12 may 2009 14:59 (UTC +04:00)
Moskva. Ülkər Qasımova - APA. “Eurovision-2009” müsabiqəsinin təşkilinə 30 milyon dollar ayrılıb. APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu barədə jurnalistlərə Avropa Yayım Birliyinin rəhbəri Svante Stokselius məlumat verib. O bildirib ki, bu il ayrılan vəsait son illər müsabiqəyə ayrılmış büdcələr arasında rekord göstəricidir. S. Stokselius yarışmanın təşkil olunduğu “Olimpiyskiy” İdman Kompleksində son illərin ən böyük səhnəsinin qurulduğuna da diqqət çəkib. Kompleks 40 minə yaxın tamaşaçı tutur. Artıq müsabiqənin hər iki yarımfinalı və final mərhələsinə bütün biletlər satılıb qurtarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR