Bank Of Baku

Aygün Kazımova Filipp Kirkorovun dəvəti ilə Moskvaya gedib

Aygün Kazımova Filipp Kirkorovun dəvəti ilə Moskvaya gedib
# 13 may 2009 15:34 (UTC +04:00)
Moskva. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Aygün Kazımova “Eurovision-2009” müsabiqəsinin münsiflər heyətinin sədri, rusiyalı müğənni Filipp Kirkorovun şəxsi dəvəti əsasında Moskvaya gedib. Sənətçi bu gün axşam Rusiyanın “Eurovision” müsabiqəsindəki nümayəndə heyətinin verəcəyi ziyafətdə iştirak edəcək. Aygün Kazımova APA-nın Moskvaya ezam olunmuş müxbirinə açıqlamasında bu gecə F. Kirkorovla görüşəcəyini bildirib. O, mayın 14-də “Olimpiyskiy” İdman Mərkəzində keçiriləcək “Eurovision-2009” müsabiqəsinin II yarımfinalında Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşa dəstək verəcək və onların çıxışını izləyəcək. A. Kazımova Rusiyanın NTV kanalında yayımlanan “Və yenidən salam” verilişinin qonağı da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR