Bank Of Baku

Aysel və Araşın əsas məşqləri keçirilib

Aysel və Araşın əsas məşqləri keçirilib
# 13 may 2009 16:05 (UTC +04:00)
Moskva. Ülkər Qasımova - APA. Bu gün Moskvada Azərbaycanı “Eurovision-2009” yarışmasında təmsil edən Aysel Teymurzadə və Araşın əsas məşqləri keçirilib. APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Aysel və Araş ilk dəfə olaraq sabah yarımfinalda geyinəcəkləri geyimlə səhnəyə çıxıblar. Geyimlər İsveç mütəxəssisləri tərəfindən hazırlanıb. A. Teymurzadənin paltarında əsasən ağ rəngdən istifadə olunub. Qara rəngdən də istifadə olunan paltar dekolte və qısadır. Duet ortaqlarının geyimlərinin sintez təşkil etməsi üçün mütəxəssislər Araşın geyimində də eyni rənglərdən istifadə ediblər. Araş ağ şalvar, ağ köynək və qara pencəkdə səhnəyə çıxacaq.
Qeyd edək ki, mayın 14-də keçiriləcək “Eurovision-2009” müsabiqəsinin II yarımfinalında Azərbaycan təmsilçiləri 12-ci sırada çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR