Aysel Teymurzadənin atası: “Eurovision-2009” müsabiqəsində Türkiyə birinci yeri tutsa, biz ikinci olmağa razıyıq” - FOTOSESSİYA
Qızının üzərinə çox böyük məsuliyyət düşdüyünü vurğulayan M. Teymurzadə ona bu yolda böyük uğurlar arzulayıb. O, Araşın Aysel uçun çox uğurlu duet ortağı olduğunu da istisna etməyib: “Yaşı az olmasına baxmayaraq, qızımın üzərinə çox böyük məsuliyyət düşür. Bu gecə bütün Azərbaycan xalqı ona və Araşa dua edir. Bu dualar yerdə qalmayacaq. Bu müsabiqə üçün Aysel öz üzərində çox çalışıb və çox əziyyət çəkib. Aysel və Araşın əziyyəti yerdə qalmayacaq. Azərbaycan qalib olacaq”. Bu müsabiqədə iştirakın çox çətin olduğunu deyən M. Teymurzadə, bütün dünya azərbaycanlılarından Aysel və Araşa dəstək olmalarını xahiş edib: “Bu tək bizim yox, bütün Azərbaycanın, Azərbaycan xalqının qələbəsi olacaq. Ona görə də bir olmalı və bacardığımız qədər təmsilçilərimizi dəstəkləməliyik. Onların əziyyəti yerdə qalmamalıdır. Ayselin 20 yaşını evdə onsuz qeyd etdik. Bütün qohumlarla, yaxınlarla birgə yığışıb Ayseli televizordan seyr etdik”.
Hazırda ciddi-cəhdlə yarımfinala hazırlaşan Aysel Teymurzadə isə APA-ya açıqlamasında əsas məşqlərin uğurlu keçdiyini də bildirib: “İlk məşqdə səsləndirmə, çəkiliş və geyimimlə əlaqədar bəzi problemlər oldu. Ancaq ikinci məşqdə hər şey daha uğurlu oldu. Ümumiyyətlə zalda tamaşaçıların çoxluğu mənə güc verir. Tamaşaçıların alqışları məni alovlandırır, daha gözəl çıxış etməyimizə zəmin yaradır”. A. Teymurzadə hər şeyin onların planlaşdırdığı kimi baş tutduğunu deyib. O mayın 12-də keçirilən I yarımfinalda çıxış edən sənətçilərdən təxmin etdiyi ölkə təmsilçilərinin finala vəsiqə qazandıqlarını vurğulayıb: “Deməli, hisslərim məni aldatmır. Birinci yarımfinalla bağlı necə fikirləşirdimsə, nəticə elə də oldu. Sadəcə finala keçəcəyini fikirləşdiyim bir ölkədə yanıldım, o da Belarus idi”. A. Teymurzadə bu məsuliyyətli yolda ailəsinin onun yanında olmasına çox məmnun olduğunu vurğulayıb: “Bir aydan artıq idi ki, valideynlərimi, bacılarımı görmürdüm. Bu gün hamısı mənim yanımdadır və mənə dəstək olacaqlar. Bu da mənə ayrıca güc verir”. Aysel Teymurzadənin duet ortağı Araş da bu gün Azərbaycan xalqını sevindirəcəklərini əminliklə vurğulayıb: “Bizim bu əziyyətimiz yerdə qalmayacaq. Mən buna tam olaraq inanıram. Biz bu gecə Azərbaycan xalqını finala vəsiqə qazanmamızla sevindirəcəyik. Bütün Azərbaycan xalqı bizdən dualarını əsirgəməsin. Bu dualara çox ehtiyacımız var”. Bu gecə “Eurovision” səhnəsində çıxış edəcək Azərbaycan təmsilçiləri Aysel və Araş bütün dünya azərbaycanlılarına da müraciət etməyib unutmayıblar: “Azərbaycandan səs göndərmək mümkün deyil. Bunun üçün bizə dünya azərbaycanlıları səs göndərsinlər. Bizim bu dəstəyə ehtiyacımız var. Dəstəyinizi bizdən əsirgəməyin”.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq