Bank Of Baku

“Eurovision” müsabiqənin ilk qalibi Liz Assia: “Son illər “Eurovision” müsabiqəsini izləmirəm” – FOTO

“Eurovision” müsabiqənin ilk qalibi Liz Assia: “Son illər “Eurovision” müsabiqəsini izləmirəm” – <font color=red>FOTO</font>
# 14 may 2009 13:08 (UTC +04:00)
Moskva. Ülkər Qasımova-APA. “Çox istərdim ki, “Eurvision-2009” müsabiqəsində məhz mahnı qalib gəlsin, əsl sənətə səs verilsin. Son illər bu müsabiqədə sənətə önəm verilmir”. APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu açıqlamanı jurnalistlərə “Eurovision-2009” müsabiqəsinə qonaq kimi dəvət olunmuş “Eurovision” müsabiqəsinin ilk qalibi Liz Assia deyib. O bildirib ki, onun iştirak etdiyi ildən bəri müsabiqədə çox dəyişikliklər olub və tamaşaçıların da zövqü dəyişib: “Bizim vaxtlarda səhnədə ancaq ifa yetərli idi. İndi isə səhnədə müxtəlif şoular nümayiş olunur. Axı bu, şou və ya gözəllik yarışması deyil. Bu, mahnı yarışmasıdır. Tamaşaçının fikrini bütün bunlarla yayındırmaq çox yanlış bir şeydir. Mən son illər “Eurovision” müsabiqəsinə baxmıram”. Liz Assia bu müsabiqədə qalib olması ilə həyatında bir çox şeylərin dəyişdiyini də açıqlayıb: “Bu müsabiqədəki qalibiyyətim həyatımda və sənətimdə yeni bir yol açdı. Bu yol çox işıqlı və əlçatmaz bir yoldur. Çox istərdim ki, builki müsabiqədə mahnı qalib gəlsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR