Bank Of Baku

“Eurovision-2009” müsabiqəsinin qalibinə bahalı şüşədən hazırlanmış mikrofon veriləcək

“Eurovision-2009” müsabiqəsinin qalibinə bahalı şüşədən hazırlanmış mikrofon veriləcək
# 14 may 2009 13:27 (UTC +04:00)
Moskva. Ülkər Qasımova - APA. “Eurovision-2009” müsabiqəsinin qalibinə İsveçrədə çox bahalı şüşədən hazırlanmış mikrofon veriləcək. APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Yayım Birliyinin rəhbəri Svante Stokselius deyib. Xüsusi mükafatın dəyərini açıqlamayan S. Stokselius “Eurovision-2009” müsabiqəsində çox güclü təmsilçilərin iştirak etdiyini bildirib: “Builki müsabiqədə beş nəfərdən ibarət münsiflər heyəti də fəaliyyət göstərir. Birinci yarımfinalda tamaşaçıların səsverməsi ilə münsiflərin rəyi üst-üstə düşməyib. Səsvermələrin nəticələrini daha sonra açıqlamaq fikrimiz var”. S. Stokselius I yarımfinalın yayımında yaranan texniki problemlərə də aydınlıq gətirib: “Düzdür, yayım zamanı bəzi problemlər oldu. Bu, anlaşılan bir şeydir. Bu yayımı həyata keçirmək çox çətindir. Ümidvaram ki, bu problemlər ikinci yarımfinal və final çəkilişlərində olmayacaq. Biz tamaşaçıların müsabiqəni problemsiz izləməsi üçün çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR