Bank Of Baku

Aygün Kazımova Rusiyanın “Eurovision-2009”da təmsilçisinin ziyafətində iştirak üçün 100 min avroluq paltar və zinət əşyaları alıb – EKSKLÜZİV - FOTOSESSİYA

Aygün Kazımova Rusiyanın “Eurovision-2009”da təmsilçisinin ziyafətində iştirak üçün 100 min avroluq paltar və zinət əşyaları alıb – <font color=red>EKSKLÜZİV - FOTOSESSİYA</font>
# 14 may 2009 14:17 (UTC +04:00)
Moskva. Ülkər Qasımova-APA. “Bu gün Aysel və Araşı bacardığımdan artıq dəstəkləyəcəyəm. Yarımfinalda konsertində də şəxsən iştirak edəcək, onlara çoxsaylı “sms” göndərəcəyəm”. Bu eksklüziv açıqlamanı APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinə Azərbaycanın xalq artisti Aygün Kazımova deyib. Sənətçi Aysel və Araşın bu gün finala vəsiqə qazanacağına da zəmanət verib: “Mən onların finala vəsiqə qazanacağına əminəm. Başqa cür ola da bilməz. Mən Aysellə Araşı “Always” mahnıları ilə birgə bu müsabiqənin birincisi görürəm. Bu müsabiqədə onlara rəqib yoxdur, Azərbaycan birincidir”. A. Kazımova Ayselə Araşın finala keçəcəyindən əmin olduğu üçün mayın 16-da da Moskvada olacağını vurğulayıb: “Mayın 16-da da final konsertində iştirak edəcəyəm. Bütün Azərbaycan xalqı Aysellə Araşı dəstəkləyir və uğurlar arzulayır. Onların qələbəsi bizim qələbəmizdir”. A. Kazımova növbəti illərdə sözügedən müsabiqədə iştirak etmək istəyini də istisna etməyib: “Hər şey ola bilər. Niyə də iştirak etməyim... “Eurovision” müsabiqəsi getdikcə daha da mükəmməlləşir. Görürsünüz, bu il bu müsabiqədə Patrisiya Kaas iştirak edir. Burada söhbət sənətdən gedir. Mən “Eurovision” müsabiqəsində ancaq qələbə üçün iştirak edərəm və qalib olaram”. A. Kazımova səfəri müddətində “Eurovision-2009” müsabiqəsinin münsiflər heyətinin rəhbəri Filipp Kirkorovun xüsusi dəvəti ilə mayın 13-də “Manej” sərgi salonunda keçirilən Rusiya təmsilçisinin ziyafətinə də qatılıb. Xalq artisti ziyafətin keçirildiyi məkana Azərbaycanın bayrağı ilə gəlib. O Azərbaycan bayrağı ilə fotoqraflara maraqlı görüntülər də verib: “Mən azərbaycanlı olmağımla fəxr edirəm. Bu ziyafətə bayraqsız qatılmağım düzgün olmazdı. Mən axı Azərbaycandan gəlmişəm və Azərbaycanın xalq artistiyəm”. Sənətçi Filipp Kirkorovla telefon əlaqəsi saxladığını və Filipp Kirkorovun ona komplimentlər söylədiyini də açıqlayıb: “Filipp söhbətimizin əvvəlində mənə “Buyur, Şərq gözəli” dedi və özü şəxsən məni bu gecəyə dəvət etdi. Filipp işlərinin çox olmasına baxmayaraq mənə vaxt ayırdı. Filipplə dostuq, mən onun sənətinə böyük hörmət edirəm. O gözəl insandır”. A. Kazımova onu da deyib ki, o Moskvada olduğu müddət NTV kanalında yayımlanan “Və yenidən salam” verilişində də qonaq olub. Çəkilişlərin çox uğurla baş tutduğunu vurğulayan sənətçi, sözügedən verilişdə yaradıcılığı ilə bağlı bəzi yenilikləri açıqladığını bildirib. Onu da qeyd edək ki, Rusiya təmsilçisinin ziyafətinə dəvət olunan Aygün Kazımova məhz bu tədbirdə iştirak üçün geyim və zinət əşyaları üçün 100 min avro xərc çəkib. Həmin ziyafət üçün xalq artisti çox məşhur “Aizel” butikindən aldığı 30 min dollarlıq pencək, 8 min dollarlıq paltar və 1200 dollarlıq ayaqqabı alıb. Yeni zinət əşyaları da alan A. Kazımovanın ümumilikdə 100 min avro xərci çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR