Dima Bilan: ““Euroviison-2009” müsabiqəsinin qalibi kimi Patrisiya Kaas və Aysellə Araşı görürəm” - FOTOSESSİYA
- Həm də çox şey dəyişdi. Əslində mən qalib olduqdan sonra bu qədər əziyyət çəkəcəyimi bilmirdim. Düşünürdüm ki, qalib olacağam, qurtardı getdi. Ancaq elə qalib olduğumun gündən başlayaraq bu günə kimi işləyirəm. Qalib olmaq bu müsabiqədə iştirak etməkdən də məsuliyyətli imiş. Bunu sonra bildim. Bütün bunlarla yanaşı qalibiyyət həyat tərzimə də, sənətimə də öz təsiri göstərdi. Qalib olandan bu günə kimi həyatım ancaq göylərdə keçib. Nə vaxt gözümü açıramsa özümü göydə, təyyarənin içində görürəm. Bu o qədər davam etdi ki, öləcəyimi zənn etdim.
- Ötən ilki müsabiqənin qalibi kimi bu ilki müsabiqənin hansı ölkə təmsilçisinin qalib gələcəyini düşünürsünüz?
- Builki iştirakçılar arasında çox güclü təmsilçilər var. Ancaq əsas iki təmsilçinin qalib olacağına inanıram. Fransanı təmsil edən Patrisiya Kaas və Azərbaycan təmsilçiləri Aysellə Araş. Onların həm mahnıları, həm səhnə görünüşləri superdir. Azərbaycan təmsilçilərinin ən azından ilk beşlikdə olacağına əminəm.
- Bu müddət ərzində Aysel və Araşla görüşünüz olub?
- Bəli, onlarla görüşmüşük. Elə iki gün bundan əvvəl onlarla birgə NTV kanalında çəkilişdə idik. Onlara söz ola bilməz. Bunu siz Azərbaycandan olduğunuza görə demirəm, bu, mənim obyektiv fikrimdir. Onlar özlərini çox düzgün təqdim edirlər. Media ilə də çox yaxşı davranılar. Yəni qalibiyyət üçün onlarda hər şey var.
- Dima Bilanın ilk beşliyində hansı ölkələr var?
- Əlbəttə ki, Rusiya. Sonra Fransa, Azərbaycan, Türkiyə, Norveç. Bu ölkələrin təmsilçiləri çox güclüdür. Rusiyanın adını çəkdim, çünki mən vətənpərvərəm və Rusiyanın ön sıralarda olmasını istəyirəm.
- Ümumiyyətlə, “Eurovision” müsabiqəsində qalib olmaq üçün iştirakçıdan əsas nə tələb olunur?
- “Eurovision”da iştirak edən sənətçidə müasirlik olmalıdır. İndi dövr dəyişib, sənətçi tamaşaçının diqqətini cəlb etməlidir. Çünki hər şey tamaşaçını səsverməsindən asılıdır. Mən qalib olmaq üçün çox əziyyət çəkdim və istədiyimi əldə etdim. Düzdür, qalibiyyət mənə ikinci iştirakım zamanı qismət oldu, ancaq əsas odur ki, mən Rusiyaya bu qalibiyyəti qazandırdım. Ötən illə bu il arasında çox fərqlər var. Əsas da təmsilçilərlə bağlı. Bu il gözəl mahnıların sayı çoxluq təşkil edir. Çoxları düşünür ki, burada şou önəmli deyil. Ancaq bu müsabiqədə mahnı, şou, rəqs, səhnə geyimi hər şey olmalıdır.
- “Eurovision” müsabiqənin siyasi müsabiqə olması ilə bağlı deyilənlərə münasibətiniz necədir?
- Mən hələ ilk dəfə iştirakım zamanı bunun qətiyyən belə olmadığını demişdim. Burada hansı siyasətdən söhbət gedə bilər ki? Builki I yarımfinalda ən yaxşı təmsilçilər finala vəsiqə qazandılar. Əgər siyasət rol oynasaydı, güclü olmayan bir ölkə təmsilçisi də finala çıxardı. Bu gün burada kimin fikrini soruşsan, hərə bir fikir söyləyəcək. Sadəcə tamaşaçı seçir, bu tamaşaçının seçimidir.
- Rusiyaya qələbə qazandırdığınız üçün bu il müsabiqə məhz Moskvada təşkil olunub. Təşkilatçılıqdan razısınız?
- Müsabiqəyə hazırlıq prosesi başlayandan bu işlərlə maraqlanıram. İnanın ki, müsabiqənin bu cürə təşkil olunacağına inanmırdım. Həqiqətən də Rusiyaya qələbə qazandırdığım üçün bu ərəfədə daha da xoşbəxt oldum. Hər şey çox yüksək səviyyədə və arzulanan kimi təşkil olunub. Bu rahat atmosferin təmsilçilərin də çıxışına müsbət təsir edəcəyinə inanıram.
- Elə bu günlərdə yeni albomunuzun təqdimat mərasimini keçirdiniz...
- Bu albom üzərində çox uzun müddət işlədim. Albomun adını da Rusiyaya və mənə qalibiyyət qazandıran “Believ me” mahnısının şərəfinə elə belə də qoydum - “Believ me”. Albom çox yüksək səviyyədə hazırlanıb. Albomumun təqdimatının da bu ərəfədə keçirilməsinin xüsusi önəmi var. Bu adı da, təqdimatın tarixini də özüm seçmişəm. Albomda ən son mahnılarım yer alıb.
- Rusiya mətbuatından ailə quracağınızla bağlı xəbərlər oxumuşuq. Bu xəbərlər nə dərəcədə doğrudur?
- Tamamilə doğrudur. Düzdür, hələ toy gününü dəqiqləşdirməmişik, ancaq sevdiyim qadınla mütləq toyumuz olacaq. Bu sevgini yaşadığım üçün çox xoşbəxtəm. Düzdür, işimin çoxluğundan toy haqda düşünməyə vaxtım olmur. Ancaq toyum olacaq.
- Bu gün II yarımfinalda çıxış edəcək ölkə təmsilçilərinə nə deyərdiniz?
- Bütün müsabiqə iştirakçılarına uğurlar arzulayıram. Özlərinə inansınlar və bacardıqları qədər əziyyət çəksinlər. İstəyim odur ki, “Eurovision-2009” müsabiqəsində həqiqətən də qalib adına layiq olan təmsilçi qalib olsun. Hansı ölkənin olacağının əhəmiyyəti yoxdur, sadəcə layiq olan qazansın. Bu müsabiqədə iştirak çox böyük uğurdur, bunu unutmasınlar. Bu müsabiqəyə gələn hər bir təmsilçi qalib olmaq istəyir, ancaq sadəcə bir təmsilçi qalib olur. Sadəcə bu müsabiqədə ölkələrini layiqli təmsil etməyə çalışsınlar, geridə qalan hər şey tamaşaçıların və münsiflər heyətinin öhdəsinə düşür. I yarımfinalı evdə televizordan izlədim. Ancaq final konsertinə mütləq gələcəyəm.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq