Bank Of Baku

“Eurovision-2009” müsabiqəsinin ikinci yarımfinalı keçirilib, Azərbaycan finala vəsiqə qazanıb

“Eurovision-2009” müsabiqəsinin ikinci yarımfinalı keçirilib, Azərbaycan finala vəsiqə qazanıb
# 15 may 2009 06:40 (UTC +04:00)
APA-nın müsabiqəni işıqlandırmaq üçün Moskvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, ikinci yarımfinalda iştirak edən 19 ölkədən 10-u finalda yarışmaq hüququ əldə edib. Müsabiqədə Azərbaycan “Always” mahnısı ilə təmsil edən Aysel Teymurzadə-Araş cütlüyü möhtəşəm çıxışı ilə finala vəsiqə qazanıb.

Azərbaycanla yanaşı, bu yarımqrupdan Xorvatiya, Ukrayna, Litva, Albaniya, Moldova, Danimarka, Estoniya, Norveç və Yunanıstan da finala adlayıb. Mayın 12-də keçirilmiş ilk yarımfinalda isə Türkiyə, Portuqaliya, Malta, İsveç, Finlandiya, İsrail, Bosniya-Herseqovina, Rumıniya, İslandiya və Ermənistan uğur qazanaraq finala vəsiqə qazanmışdı.

Beləliklə, mayın 16-da keçiriləcək finalda yuxarıda adları qeyd olunan ölkələr və finalda birbaşa iştirak hüququ olan ölkələr mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR