Bank Of Baku

Filipp Kirkorov “Eurovision-2009” müsabiqəsinin münsiflər heyətinin sədri postundan istefasının səbəbini açıqlayıb - EKSKLÜZİV

Filipp Kirkorov “Eurovision-2009” müsabiqəsinin münsiflər heyətinin sədri postundan istefasının səbəbini açıqlayıb - <font color=red>EKSKLÜZİV</font>
# 15 may 2009 14:52 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı “Eurovision-2009” müsabiqəsini işıqlandırmaq üçün Moskvaya ezam olunmuş xüsusi müxbirinə yarışmanın münsiflər heyətinin sədri postundan istefa vermiş Filipp Kirkorov verib. O, yarışmaya qatılan iştirakçıların hamısı ilə çox gözəl münasibətlərə malik olduğunu xatırladıb: “Bir çox iştirakçılarla şəxsən tanışam, bir çoxları ilə hələ də əməkdaşlıq edirəm. Məsələn, Yunanıstan təmsilçisi Sakis Rouvasla birgə çalışırıq. Bu mənada münsiflər heyətinin sədri kimi tərəfsizliyimə kölgə düşə bilərdi. Çıxardığım qərarlar qeyri-obyektiv görünə bilərdi. Bu səbəbdən istefa vermək qərarına gəldim”. Filipp Kirkorov “Eurovision-2009” müsabiqəsinin gedişini yaxından izləyəcəyini bildirib: “Münsiflər heyətinin sədri təyin olunan İqor Matviyenko işini kifayət qədər bilən peşəkardır. Onun öz üzərinə düşən missiyanı uğurla həyata keçirəcəyinə əminəm”. Qeyd edək ki, dünən müsabiqənin ikinci yarımfinalı başa çatdıqdan sonra Filipp Kirkorov müsabiqəni izləmək üçün Moskvaya gedən Aygün Kazımova ilə görüşüb. Kirkorov həmkarına Azərbaycan təmsilçilərinin son dərəcə uğurla çıxış etdiklərini, yüksək yerlədən birini tutacaqlarına inandığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR