Bank Of Baku

Ermənistan təmsilçilərini “Eurovision-2009”a hazırlayan azərbaycanlı Aslan Əhmədov: “Ermənilərlə əməkdaşlığımı aqressiv qarşılamaq lazım deyil”

Ermənistan təmsilçilərini “Eurovision-2009”a hazırlayan azərbaycanlı Aslan Əhmədov: “Ermənilərlə əməkdaşlığımı aqressiv qarşılamaq lazım deyil”
# 15 may 2009 15:48 (UTC +04:00)
Bu açıqlamanı APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinə “Eurovision-2009”da Ermənistan təmsilçilərinin geyimi və xarici görünüşü üzərində çalışan “Fresh Art”ın nümayəndəsi və Azərbaycan vətəndaşı olan Aslan Əhmədov deyib. O, Azərbaycan və Ermənistan arasında olan savaşda vəfat edən insanların bir azərbaycanlı kimi ona çox təsir etdiyini deyib: “Azərbaycanla Ermənistan arasında gedən savaş mənə çox təsir edir. Həmin savaşda dünyalarını dəyişən insanların günahsız yerə həyatlarına son qoyulması bir azərbaycanlı kimi məni çox narahat edir. “Fresh Art” şirkəti olaraq “Eurovision-2009” müsabiqəsində iştirak edən erməni təmsilçilərinin yalnız geyimləri və saç düzümü üzərində işləmişik. Nə xoreoqrafiyaya, nə klipə bizim aidiyyətimiz yoxdur. Mənim onlarla əməkdaşlıq etməyimi bu qədər aqressivliklə qarşılamaq heç də düzgün deyil. Mən sənət adamıyam, mən Azərbaycandan, Bakıdan uzaq yaşayıram və əsas məqsədim millətindən, bədənin rəngindən asılı olmayaraq sənət əsəri yaratmaqdır. Bu əməkdaşlıq çərçivəsində də buna çalışmışam. Burada söhbət “Fresh Art”ın adından gedir və biz imic baxımından öz adımıza layiq olmalıyıq”. Əslən azərbaycanlı olan və ermənilərlə əməkdaşlıq edən Aslan Əhmədov sülhə can atmağı məsləhət görüb: “Burada heç bir qeyri-adi şey yoxdur. İşdir, əməkdaşlıqdır görürük. Burada söhbət sənətdən gedir, başqa heç nəyi önə çıxarmağa ehtiyac yoxdur”. A. Əhmədov “Eurovision-2009” müsabiqəsində çıxış edən təmsilçilər arasından Norveç, Malta və Böyük Britaniya təmsilçilərinin çıxışlarını çox bəyəndiyini deyib. O, sonradan Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşın adını da bu sıraya daxil edib: “Sözsüz ki, Araşla Aysel də çox gözəldir. Aysel çox gözəl bir xanımdır, Araş da öz işini bilir. Onlara uğurlar arzulayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR