Bank Of Baku

Səməd Seyidov: “Fəxr edirik ki, Aysel Teymurzadə Azərbaycan Dillər Universitetinin tələbəsidir”

Səməd Seyidov: “Fəxr edirik ki, Aysel Teymurzadə Azərbaycan Dillər Universitetinin tələbəsidir”
# 18 may 2009 13:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Biz həmişə Aysel Teymurzadə ilə fəxr etmişik, indi də fəxrlə deyirik ki, Avropanı fəth edən Aysel bizim Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsinin ən gözəl tələbəsidir”. Bu açıqlamanı APA-ya Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Aysel Teymurzadənin “Eurovision-2009”da qazandığı uğura münasibət bildirərək deyib: “Bütün Azərbaycan vətəndaşları kimi buna xüsusi münasibət bəsləyirəm, bu sadə bir müsabiqədə qazanılmış uğur deyil, bu, Avropanın ən seçilib sayılan musiqi festivalı olan “Eurovision”da çox böyük nailiyyət əldə etməkdir. Bizim üçün üçüncü yer faktiki olaraq böyük qələbədir, ona görə ki, Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti, Azərbaycanın inkişafı bu məsələlərə böyük mənəvi dəstək verib. Hər bir ölkə, hər bir xalq inkişaf edərək, öz içərisindən yüksək nümunələrini dünyaya təqdim etmək iqtidarını qazanır və öz içərimizdən olan balamızın belə nailiyyətini görəndə, biz bir daha təsdiqləyirik ki, Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkədir”. Ayselin uğuruna ondan da çox tələbələrinin sevindiyi deyən S. Seyidov bildirib ki, universitetdə Aysellə xüsusi görüş keçiriləcək: “İmkan olsa Araşla da görüşmək istəyərdik. Aysel bizim universitetin tələbəsidir, burada böyüyüb, ona görə də universitet öz xüsusi münasibətini göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR