Bank Of Baku

Araş: “Nişanlıyam və toyumu Bakıda etmək fikrim var”

Araş: “Nişanlıyam və toyumu Bakıda etmək fikrim var”
# 19 may 2009 12:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanı “Eurovision-2009” yarışmasında təmsil edən Araş Bakıda toy edəcək. APA-nın məlumatına görə, bunu sənətçi bu gün keçirilən mətbuat konfransında açıqlayıb. Müğənni Araş hazırda nişanlı olduğunu və gələn il üçün evlənməyi planlaşdırdığını açıqlayıb: “Toyumu Bakıda etmək fikrim var. Burada ev alacağımı da demişdim və bunu da edəcəyəm. Bu səfərim qısamüddətli olduğu üçün ev almağı gələn səfərə planlaşdırıram. Özü də indi evlər çox ucuzlaşıb”. Araş Aysellə barələrində gəzən söz-söhbətə də aydınlıq gətirib: “Mən Ayseli çox sevirəm, o mənim həqiqətən də çox yaxın dostumdur. Ona xoşbəxtlik arzulamışam və xoşbəxt olacağına da əminəm. Bu müsabiqəyə Aysellə deyil, başqa bir müğənni ilə getsəydim, bu qədər uğur qazanmayacaqdım. Mən Ayseli Avropa ulduzuna çevirmək istəyirəm”. “Eurovision” təmsilçisi hər çıxışında olduğu kimi bugünkü çıxışında da Azərbaycanı çox sevdiyini və Azərbaycanın onun Vətəni olduğunu vurğulayıb. O, İranda doğulduğunu, İsveçdə yaşadığını və əslinin azərbaycanlı olduğunu da dəfələrlə qeyd edib: “Mən İranda anadan olmuşam, İsveçdə yaşayıram, amma əslən azərbaycanlıyam və bununla da fəxr edirəm. Mən hər çıxışımda bunu vurğulayıram və bu gün də sizin qarşınızda bəyan edirəm”. Araş gələcəkdə Azərbaycanda yaşayacağını da istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR