Bank Of Baku

Ermənistana həsr olunmuş mahnısı ilə məşhurlaşan gürcü caz ifaçısı Nino Katamadze Azərbaycanda konsert verəcək

Ermənistana həsr olunmuş mahnısı ilə məşhurlaşan gürcü caz ifaçısı Nino Katamadze Azərbaycanda konsert verəcək
# 21 may 2009 13:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Avropada məşhur olan gürcü caz ifaçısı Nino Katamadzenin Bakıda iki günlük konsert verməsi ilə bağlı afişalar artıq paytaxtım mərkəzi küçələrində asılıb. Həmin afişada N. Katamadzenin iki gün – 30 və 31 mayda konsert proqramı ilə çıxış edəcəyi qeyd olunub. Müğənninin konsertlərindən birinin Azərbaycan Dövlət Filarmoniyasında, ikincisinin isə “Face club”da keçirilməsi də artıq şəhər əhlinə məlumdur. APA-nın araşdırması nəticəsində məlum olub ki, sözügedən bu müğənni, yəni Nino Katamadze Ermənistanla bağlı mahnının müəllifidir və məhz həmin mahnı müğənnini dünyada məşhur edib. “Olei” adlanan və vokaliz janrında yazılan bu mahnı məhz Ermənistana həsr olunub və mahnının video çarxında Ermənistanın görüntüləri də var. Əsas məqamlardan biri isə bu mahnının internetdə yerləşdirilən video rolikində “Olei”dən sonra “Yerevan” sözləri yazılmasıdır. Bu video rolikə http://eho.blogrus.ru/post/246/3948 internet ünvanında baxmaq mümkündür. Araşdırma nəticəsində o da məlum olub ki, N. Katamadze Ermənistanda təşkil olunan caz festivalında iştirak edib və həmin festivalda çıxışı zamanı mahnını Ermənistana həsr etdiyini dilə gətirib. www.armenianjazz.am/739 internet ünvanında isə gürcü müğənnisinin Ermənistanda böyük konsert proqramı ilə çıxış etdiyi qeyd olunur və onun Ermənistanda konsert verməsinin erməni xalqı üçün böyük xoşbəxtlik olduğu vurğulanıb. Məsələ ilə bağlı əlaqə saxladığımız müğənninin konsertinin keçiriləcəyi Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini Afət Mikayılov araşdırma aparacaqlarını və faktlar təsdiqlənərsə, konsertin təxirə salınacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR