Bank Of Baku

Fərhad Göçər: “Azərbaycan öz qədim mədəniyyəti və musiqisi ilə hər zaman öndə olub”

Fərhad Göçər: “Azərbaycan öz qədim mədəniyyəti və musiqisi ilə hər zaman öndə olub”
# 22 may 2009 07:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış müğənnisi Fərhad Göçər Bakıda Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, vaxtından 20 dəqiqə gec başlayan konsertdə F. Göçər repertuarındakı sevilən mahnıları ifa edib. Azərbaycanda ilk dəfə konsert verdiyini dilə gətirən sənətçi, bakılı pərəstişkarlarına heyran olduğunu da etiraf edib: “Sizinlə görüşməyimdən və sizlərin qarşısında çıxış etməyimdən çox məmnunluq duyuram. Həqiqətən də möhtəşəmsiniz. Azərbaycan öz qədim mədəniyyəti və musiqisi ilə hər zaman öndə olub. Mən Azərbaycan musiqisini çox sevirəm. Bu sevgi bütün həmkarlarıma məxsusdur. Sevilməyə dəyər musiqini sevmək lazımdır”. F. Göçər iki saat ərzində “Ah İstanbul”, “Su kimi”, “Biri bana gəlsin”, “Gül ki sevgilim”, “Cənnət” və digər mahnıları ifa edib. Türkiyəli sənətçi Azərbaycanın xalq artisti, bəstəkar və müğənni Polad Bülbüloğlunun da ünvanına xeyli təriflər söylədikdən sonra onun ifa etdiyi “Gəl ey səhər” kompozisiyasını özünəməxsus tərzdə səsləndirib. Tamaşaçılarına daha yaxın olmaq üçün zala enən və 20 dəqiqəyə yaxın zalda gəzən F. Göçərin həmkarlarından bir fərqi də ortaya çıxıb. Belə ki, bir çox həmkarlarından fərqli olaraq o tamaşaçıların əyləşdiyi zala enərkən mühafizə xidmətinin yardımından imtina edib və tamaşaçılarının yanında tək və sərbəst gəzib. Konsertdə tamaşaçıların sayı az olsa da, onlar proqram boyu müğənnini yalnız buraxmayıblar. F. Göçərin pərəstişkarları onun hər ifasının alqışlarla qarşılayıblar. Müğənni bir sıra mahnılarını tamaşaçılarla birgə ifa edib. Qeyd edək ki, türkiyəli müğənninin Bakıda ilk konserti “Goliaf grup”un təşkilatçılığı ilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR