Bank Of Baku

Alim Qasımov rokla muğamın sintezindən ibarət dini mahnı ifa edib

Alim Qasımov rokla muğamın sintezindən ibarət dini mahnı ifa edib
# 22 may 2009 10:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Alim Qasımov rokla muğamı özündə birləşdirən dini mövzuda mahnı ifa edib. Bu barədə APA-ya mahnının söz müəllifi, əməkdar incəsənət xadimi Baba Vəziroğlu məlumat verib. O bildirib ki, “İlahi” adlanan mahnıya bir az da rəng qatan Alim Qasımovun giriş hissəyə azan daxil etməsidir: “Kiçik musiqili əsərdə səsinin həm bəm, həm də zil nöqtələrini göstərən xanəndə ilk dəfə bu üsluba müraciət edib. “İlahi”ni ilahiləşdirən real namizəd məhz Alim Qasımov ola bilərdi. Seçimdə yanılmamışıq, tezliklə mahnının efir versiyasını da görmək arzusundayıq”. Şairin sözlərinə görə, mahnının Naxçıvandakı “Əsabül-kəhf” ziyarətgahında ekranlaşdırılması nəzərdə tutulub. Hazırda Fransada səfərdə olan Alim Qasımovun səfərləri başa çatdıqdan sonra çəkilişlər başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR