Bank Of Baku

Emin Ağalarov solo-konsert verəcək

Emin Ağalarov solo-konsert verəcək
# 22 may 2009 11:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Tanınmış biznesmen və estrada müğənnisi Emin Ağalarovun mayın 28-də Moskvada solo-konserti keçiriləcək. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, E. Ağalarovun konsertinin “B1 Maximum” klubda keçirilməsi nəzərdə tutulur. “Devotion Live” adı altında keçiriləcək konsertdə E. Ağalarov sonuncu “Devotion” adlı albomundakı mahnıları ifa edəcək.

E. Ağalarov Rusiya mətbuatına açıqlamasında bildirib ki, bu albom üçün 25 mahnı hazırlasa da, 15-i alboma daxil edilib. Dörd il əvvəl birinci diski işıq üzü görən E. Ağalarovun hazırda dördüncü diski üzərində iş gedir.

Qeyd edək ki, E. Ağalarov ifa etdiyi mahnıların əksəriyyətinin müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR