Bank Of Baku

“Eurovision-2009” müsabiqəsini televiziya vasitəsilə 122 milyon tamaşaçı izləyib

“Eurovision-2009” müsabiqəsini televiziya vasitəsilə 122 milyon tamaşaçı izləyib
# 22 may 2009 13:03 (UTC +04:00)
APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, ötən il bu müsabiqəni 105 milyon televiziya tamaşaçısı izləmişdi. Ötən illə müqayisədə bu müsabiqənin televiziya tamaşaçılarının sayında 16 faiz artım olub. Məlumatda o da qeyd olunub ki, “Eurovision-2009” müsabiqəsi 45 ölkənin televiziyasında yayımlanıb. Müsabiqəni yayımlayan həmin televiziyaların praym-time vaxtı həmişəkindən iki dəfə artıq olub. Adi şənbə günlərində tamaşaçısı 18,4 faiz olan televiziyaların, müsabiqənin final günündə reytinqi orta hesabla 43,1 faiz təşkil edib. “Eurovision” müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım ittifaqının (EBU) icraçı direktoru Svante Stokselius açıqlamasında illər ötdükcə müsabiqəyə verilən əhəmiyyətin və tamaşaçıların sayının artmasını böyük uğur hesab etdiyini vurğulayıb. O, müsabiqənin getdikcə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib. Bu müsabiqənin Avropanın ən çox baxılan teleşousu olduğunu qeyd edən S. Stokselius “Eurovision-2009” müsabiqəsinin tarixində ən böyük şou məhz bu il Moskvanın “Olimpiyskiy” İdman mərkəzində təşkil olunduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR