Bank Of Baku

Nazir: “Azərbaycanda keçiriləcək “Eurovision Dance-2009” müsabiqəsində aparıcılıq etmək üçün Cennifer Lopez, Kaili Minok və Şakira ilə danışıqlar aparırıq”

Nazir: “Azərbaycanda keçiriləcək “Eurovision Dance-2009” müsabiqəsində aparıcılıq etmək üçün Cennifer Lopez, Kaili Minok və Şakira ilə danışıqlar aparırıq”
# 23 may 2009 08:37 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazir danışıqların uğurla getdiyini və artıq razılıq əldə edildiyini söyləməyin mümkünlüyünü vurğulayıb.

Bununla belə, A. Rəhimov “Eurovision Dance-2009” müsabiqəsində iştirak etmək niyyətində olan ölkələrin siyahısının hələlik dəqiqləşmədiyini söyləyib: “Qayda belədir ki, müsabiqədə iştirak etmək istəyən ölkələr Avropa Yayım Şurasına sifariş verir, müsabiqədə iştiraklarını təsdiq etdirirlər. Bu proses hələlik davam edir. Yaxın müddət ərzində proses başa çatacaq və iştirakçı ölkələr müəyyənləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR