Bank Of Baku

Sərdar Ortacı İstanbuldakı VİP konsertində azərbaycanlı musiqiçilər müşayiət edəcəklər

Sərdar Ortacı İstanbuldakı VİP konsertində azərbaycanlı musiqiçilər müşayiət edəcəklər
# 23 may 2009 09:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Populyar Türkiyə müğənnisi Sərdar Ortacı İstanbuldakı konsertində azərbaycanlı musiqiçilər müşayiət edəcəklər. Müğənni onu müşayiət etmək üçün tar ifaçısı Humay Qədimova və kaman ifaçısı Sevinc Bağıyevanı şəxsən dəvət edib.

Humay Qədimova APA-ya açıqlamasında bildirib ki, Sərdar Ortacın konsertinin mayın 28-də keçirilməsi nəzərdə tutulur: “Biz Sevinclə birgə Sərdar Ortacı Heydər Əliyev Sarayında verdiyi konsertdə də müşayiət etmişik. Elə bu əməkdaşlıqdan sonra müğənni bizi bu konsertdə onunla birgə səhnəyə çıxmaq təklifi etdi. Bir neçə gün əvvəl isə artıq onu müşayiət edəcəyimiz dəqiqləşdi. Bu konsertdə 20-30 min tamaşaçı olacaq, bu, Sərdarın VİP konsertidir”.

H. Qədimova onu da deyib ki, S. Ortac sentyabrda da İstanbulda verəcəyi konsertdə Azərbaycanın gənc musiqiçilərini müşayiətçi kimi istəyir. Bununla bərabər, H. Qədimova və S. Bağıyevanın Türkiyənin meqa-starı Tarkanla da işbirliyi nəzərdə tutulur. Tar ifaçısının sözlərinə görə, Tarkanla musiqiçilərin birgə albomunu hazırlanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR