Bank Of Baku

Azad Rəhimov: “Azərbaycanın ötən ilki “Eurovision” təmsilçiləri ilə Aysel və Araş arasında yerlə göy qədər fərq var”

Azad Rəhimov: “Azərbaycanın ötən ilki “Eurovision” təmsilçiləri ilə Aysel və Araş arasında yerlə göy qədər fərq var”
# 23 may 2009 11:47 (UTC +04:00)
APA-nın xəbərinə bunu gənclər və idman naziri Azad Rəhimov bildirib: “Aysel Teymurzadə ilə Araş böyük bir məsuliyyəti özü üzərlərinə götürüb, Azərbaycanı layiqincə təmsil ediblər. Azərbaycanın ötən ilki təmsilçiləri ilə Aysel və Araş arasında yerlə göy qədər fərq var. Düzdür, onda da Azərbaycanın mahnısı yaxşı idi. Amma ötən ilki Azərbaycan təmsilçiləri mətbuatla əlaqə saxlamayıb, heç bir tədbirə qatılmırdılar. Aysellə Araş isə tamam fərqlidir. Onların hər bir hərəkəti, özlərini professional kimi aparmaları bizim üçün fəxrdir”.
Builki müsabiqədə rəqabətin çox güclü olduğunu, üçüncü yerə 10-dan çox mahnının layiq bilindiyini qeyd edən nazir “bu rəqabətdə Azərbaycan qalib gəldi” deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR