Bank Of Baku

Aysel Teymurzadə ilə təhsil aldığı Azərbaycan Dillər Universitetində görüş keçirilib- FOTOSESSIYA

Aysel Teymurzadə ilə təhsil aldığı Azərbaycan Dillər Universitetində görüş keçirilib-<font color=red>   FOTOSESSIYA</font>
# 23 may 2009 11:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil edən Aysel Teymurzadə ilə onun təhsil aldığı Azərbaycan Dillər Universitetində (ADU) görüş keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən universitetin rektoru Səməd Seyidov Ayselin məhz bu universitetin tələbəsi olmasına görə fəxr etdiklərini deyib: “Bu müsabiqədə biz bütün Avropanı inandırdıq ki, Azərbaycan hər şeyə hazırdır və qələbəyə hazırdır”.
Gənclər və idman naziri Azad Rəhimov Aysel və Araşın böyük bir məsuliyyəti özü üzərlərinə götürdüyünü, Azərbaycanı layiqincə təmsil etdiklərini deyib. A. Teymurzadə isə çıxışında ona olan dəstəyə görə təşəkkür edib.
Ayselin valideynləri – Svetlana və Məhəmməd Teymurzadələr də tədbirdə çıxış ediblər.
ADU adından A. Teymurzadəyə “ev kinoteatrı” hədiyyə edilib. Sonda A. Teymurzadə ADU tələbələrinin suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR