Bank Of Baku

Avstriyalı rejissor Mixail Xanekenin “Ağ lent” filmi Kann kinofestivalının “Qızıl palma budağı” mükafatını qazanıb

Avstriyalı rejissor Mixail Xanekenin “Ağ lent” filmi Kann kinofestivalının “Qızıl palma budağı” mükafatını qazanıb
# 25 may 2009 07:35 (UTC +04:00)
Bakı-APA. 62-ci Kann kinofestivalının “Qızıl palma budağı” mükafatı avstriyalı kinorejissor Mixail Xanekenın çəkdiyi “Ağ lent” filminə verilib. APA-nın məlumatına görə, fransız rejissor Jak Odiyarın “Peyğəmbər” filmi festivalın “Qran-pri” mükafatına layiq görülüb. Kventin Tarantinonun “Şərəfsiz alçaqlar” filmində baş rolun ifaçısı olmuş Kristof Valts isə ən yaxşı aktyor kateqoriyasında qalib gəlib. Ən yaxşı aktrisa isə “Şeytan” filmində rol almış fransız Şarlotta Qenzbur seçilib. “Kinatay” filminin rejissoru Briyante Mendosa ən yaxşı rejissor, “Bahar qızdırması” filminin ssenari müəllifi çinli Lou Ye ən yaxşı ssenarist elan olunub. Münsiflər heyətinin mükafatını isə “Akvarium” və “Yanğı” filmləri bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR