Bank Of Baku

Aysellə Araş İsveç, Rusiya və Yunanıstanda konsert verəcəklər

Aysellə Araş İsveç, Rusiya və Yunanıstanda konsert verəcəklər
# 27 may 2009 11:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil uğurla təmsil etmiş Aysel Teymurzadə və Araş İsveçdə, Yunanıstanda və Rusiyada birgə konsert proqramı ilə çıxış edəcəklər. APA-nın xəbərinə görə, bu barədə məlumat verən Aysel Teymurzadə bildirib ki, iki gündən sonra İsveçə gedəcək və Araşla birgə konsert verdikdən sonra ordan Moskvaya yola düşəcək: “Moskvada tək konsert proqramı deyil. Moskvanın “Muz TV” kanalına da dəvət olunmuşuq. Bütün səfərlərdə duet ortağım və dostum Araşla birgə olacağıq. Bu layihələri həyata keçirdikdən sonra növbəti təklifləri də dəyələndirəcəyik”. Aysel Rusiyadan sonra Yunanıstanda konsert verəcəklərini açıqlayıb.

Mayın 29-da səfərə çıxacaq Aysel və Araş iyunun ortalarında səfərlərini başa vuracaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR