Bank Of Baku

Azərbaycan “Eurovision Junior-2009” yarışmasında təmsil olunmayacaq

Azərbaycan “Eurovision Junior-2009” yarışmasında təmsil olunmayacaq
# 27 may 2009 15:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan “Eurovision Junior-2009” yarışmasında təmsil olunmayacaq. Bu barədə APA-ya “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli məlumat verib. O bildirib ki, bu il müsabiqə Ukraynada “Artek” Beynəlxalq Uşaq mərkəzində keçiriləcək. Müsabiqənin şərtlərinə görə, müsabiqəyə təqdim olunan mahnını uşaq yazmalı və onu özü ifa etməlidir. Z. Bədəlbəylinin sözlərinə görə, bu vaxta qədər Azərbaycan azyaşlı istedadlarından heüç biri bu müsabiqədə təmsil etmək üçün müraciət etməyib: “Biz hazırda ciddi-cəhdlə “Eurovision Dance” müsabiqəsinə hazırlaşırıq. Buna çox böyük vaxt və əziyyət sərf olunur. Keçən il biz “Eurovision Junior”da iştirak etməyimizlə bağlı müsabiqənin təşkilat komitəsinə məktub göndərmişdik. Elə məhz bu səbəbdən də müəyyən məbləğdə cərimə ödəmək məcburiyyətində qaldıq. Bu il isə artıq biz iştirakımızla bağlı heç bir məktub göndərməmişik. Çünki bu il yarışmada iştirakımız nəzərdə tutulmur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR