Bank Of Baku

İradə İbrahimova: “Xoşbəxt evlilik həyatı yaşayıram”

İradə İbrahimova: “Xoşbəxt evlilik həyatı yaşayıram”
# 29 may 2009 11:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Apreldə Azərbaycan əsilli türk vətəndaşı Ceyhun İzərlə ailə həyatı qurandan sonra Türkiyədə yaşayan müğənni İradə İbrahimova mayın 28-də Bakıya gəlib. Müğənni APA-ya verdiyi açıqlamasında xoşbəxt evlilik həyatı yaşadığını deyib və Bakıya həyat yoldaşı ilə birlikdə gəldiyini söyləyib. Onun sözlərinə görə, Ceyhun İzər Türkiyədəki işi ilə bağlı Bakını tez tərk etmək məcburiyyətinə qalacaq. İ. İbrahimovanın səfəri isə burada nəzərdə tutulan yaradıcılıq işlərini yoluna qoyandan sonra reallaşacaq: “Toydan əvvəl bildirmişdim ki, müğənnilik fəaliyyətim əvvəlki tempdə davam edəcək. Ceyhun də bəy bu işdə mənə yaxından dəstək olacağını deyib. Bakıya gəlişimin səbəbi həm valideynlərimi görmək, həm də yarımçıq qalan işləri yoluna qoymaqdır. İlk günlərimi yalnız mətbuat və televiziya ilə görüşə ayırmışam. Qalan günlərdə isə bir sıra yeni mahnılar lentə yazılacaq. Eyni zamanda sonuncu “Nigaranam, gəl” mahnıma klip çəkiləcək. Hazırda klipin harada və kim tərəfindən ekranlaşdırılması üzərində düşünürük”.

Müğənni onu da deyib ki, bu ərəfələrdə albom hazırlıqları da davam edəcək. Artıq bir sıra işlər görüldüyünü deyən İ. İbrahimova payız aylarında yeni albomu və yeni klipi ilə təqdimat mərasimi keçirmək istədiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR