Bank Of Baku

Azərbaycanda keçirilməsi nəzərdə tutulan "Eurovision Dance” müsabiqəsi təxirə salınıb

Azərbaycanda keçirilməsi nəzərdə tutulan "Eurovision Dance” müsabiqəsi təxirə salınıb
# 29 may 2009 16:03 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın bu tədbirə yüksək səviyyədə hazırlaşmasına, iştirakçı ölkələr üçün müəyyən güzəştlər etməsinə baxmayaraq, dünyada baş verən iqtisadi böhran tədbirin keçirilməsinə öz təsirini göstərib. Maliyyə çətinliyi ilə üzləşən əksər Avropa ölkələrinin İctimai televiziyaları bu yarışda iştirakdan imtina edib.

Avropa Yayım Şurasının qərarında Azərbaycanın "Eurovision Dance” müsabiqəsinə ev sahibliyi etməsində heç bir dəyişikliyin olmadığı bir daha vurğulanıb.

Avropa Yayım Şurasının prezidenti Byorn Eriksen bildirib ki, dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan bu layihənin yüksək səviyyədə keçirilməsinə tam təminat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR