Bank Of Baku

Aygün Kazımova: “Ayağımın sınması barədə şayiə yayanlar işsiz-gücsüz adamlardır” – EKSKLÜZİV

Aygün Kazımova: “Ayağımın sınması barədə şayiə yayanlar işsiz-gücsüz adamlardır” –  <font color=red>EKSKLÜZİV</font>
# 02 iyun 2009 09:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Mənim ayağım sınmayıb, hər şey əladır. Bu şayiəni yayanın kimliyini bilmirəm, ancaq onu bilirəm ki, bu şayiələri yayanlar işsiz insanlardır, öz sənətləri ilə uğurla məşğul olmağı bacarmasalar da, şayiələri çox uğurla yaymağı bacaran insanlardır. Düzdür, ayağımın sınmağını eşidib sevinənlər çox oldu. Ancaq onların sevinci uzun çəkmədi, çünki mənim ayağım sınmayıb. Bu xəbərdən pərəstişkarlarım böyük stress keçirdilər. Sizin vasitənizlə onların ürəyini sakitləşdirmək qərarına gəlib demək istəyirəm ki, narahat olmasınlar, səhhətimdə hər şey əladan da əladır”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycanın xalq artisti Aygün Kazımova deyib. Müğənni son günlər paytaxt əhli arasında ayağının sınması ilə bağlı yayılan və bir sıra mətbu orqanlarında yazılan məlumatların şayiə olduğunu vurğulayıb: “Cümə günündən etibarən verilişim bitdikdən sonra davamlı olaraq telefonuma zənglər və mesajlar gəlməyə başladı. Bu mesajlarda ayağımın sınmasına təəssüfləndikləri bildirilirdi. Çoxsaylı mesajlar və zənglər mənə çox maraqlı gəldi. Düşündüm ki, axı bu söz-söhbətlər kim tərəfindən yayılıb? Hətta köməkçilərimə zəng edəndə onlar bu məlumatın yalan olduğunu və hər şeyin qaydasında olduğunu deyəndə, onlar köməkçilərimin yalan danışdığını və baş verən hadisənin onlardan gizlətdiklərini düşünürdülər. Artıq internet saytlarında da məlumatlar getməyə başladı ki, guya ayağımı dəvə tapdalayıb, dələ dişləyib. Hətta deyirdilər ki, şənbə günü ad günündə olmuşam, oradan çıxanda yıxılmışam, ayağım sınıb. Bu söz-söhbətləri fanatlarım, yaxın dostlarım, məni həqiqətən sevənlər narahatlıq içində qarşılayırdılar. Bu şayiəni yayanlar məni sevənləri qorxutmaq istəyiblər, ancaq buna nail ola bilmədilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR