Bank Of Baku

Yıldız Tilbə Xumar Qədimovadan üzr istəyib

Yıldız Tilbə Xumar Qədimovadan üzr istəyib
# 04 iyun 2009 13:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin tanınmış bəstəkar-müğənnisi Yıldız Tilbə sonuncu albomuna Xumar Qədimovanın repertuarından daxil etdiyi “Gələcəyəm” mahnısında söz və musiqi müəllifini anonim kimi göstərib. Bu barədə APA-ya məlumat verən Xumar Qədimova bildirib ki, Y. Tilbə artıq mahnının ona məxsus olduğunu öyrənib və yanlışlığa görə üzr istəyib: “Ötən gün Türkiyənin “Show TV” kanalında yayımlanan, Fərhad Göçərin müəllifi olduğu “Biri bana gəlsin” proqramının qonağı olan Yıldız Tilbə canlı yayımda məndən üzr istədi. Yıldız xanım canlı yayımda bunları söylədi: “Efir vasitəsilə Azərbaycanın bəstəkar-müğənnisi Xumar Qədimovadan üzr istəyirəm. Yanlışlıqla onun bəstəsini anonim kimi təqdim etmişəm. Mən Xumar xanımın səsini, sənətini çox sevirəm. Onun ifa tərzində özünəməxsusluq var. Yeni albomunu əldə etmək istəyirəm. Çünki ifası, bəstələri çox xoşuma gəlir. Mənim mahnılarım da ona qurbandır. Repertuarımda olan istənilən mahnıya müraciət edə bilər. Onun səsini eşitsəm də, şəxsən tanımıram. Ümid edirəm ki, onunla tanış olmaq imkanım olacaq”. Gördüyünüz kimi, artıq Yıldız Tilbə yanlışlığa yol verdiyini anlayıb”.

X. Qədimova Yıldız Tilbə ilə əməkdaşlıqlarının mümkünlüyünü də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR