Bank Of Baku

“Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçim turunun hazırlığına başlanılıb

“Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçim turunun hazırlığına başlanılıb
# 05 iyun 2009 09:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün mili seçim turunun hazırlığına başlanılıb. “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli APA-ya açıqlamasında bildirib ki, bu addım seçim turundan əvvəl milli seçimdə iştirak etmək istəyən müğənniləri tanımaq məqsədi daşıyır. Artıq müxtəlif internet saytlarında seçimdə iştirak etməklə bağlı üç dildə - Azərbaycan, rus və ingilis dillərində anketlər də yerləşdirilib. Z. Bədəlbəylinin sözlərinə görə, milli seçim turunda iştirak etmək imkanı qazanmaq üçün bu anketləri doldurmaq və onlara bununla müraciət etmək lazımdır. Onun sözlərinə görə, “Eurovision-2010” müsabiqəsi üçün milli seçim turunun vaxtı hələ dəqiq bilinmir: “Hələ ki, Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsi üçün milli seçim turunun keçiriləcəyinin vaxtı dəqiqləşməyib. Seçim turunun Bakıda bir neçə aydan sonra keçirilməsi planlaşdırılır. Sadəcə, hazırda iştirakçı olmaq istəyənlərin anketlərinin doldurulması prosesinə başlanılıb. Anketlərdə müğənni özü haqqında məlumat verməli, göstərilən şərtləri doldurmalıdır. Bunu seçimdən əvvəl hazırlıq kimi qiymətləndirmək olar”.
Qeyd edək ki, internetdə yerləşdirilən anketdə müğənninin iki mahnı ilə - biri ritmik, digəri isə lirik olmaqla seçimə qatıla biləcəyi göstərilib. Eyni zamanda xarici dil bilən müğənnilərə üstünlük verildiyi də qeyd olunub. Z. Bədəlbəylinin sözlərinə görə, artıq anketlərlə onlara müraciət edənlər də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR