Bank Of Baku

Emin Ağalarov təqdimat-konsert keçirib - FOTOSESSIYA

Emin Ağalarov təqdimat-konsert keçirib - <font color=red>FOTOSESSIYA </font>
# 05 iyun 2009 11:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Moskvada tanınmış biznesmen və estrada müğənnisi Emin Ağalarovun “Devotion” adlı yeni albomunun təqdimat-konserti keçirilib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “B1 Maximum” klubda keçirilən konsertdə tanınmış simalar iştirak edib. Konsertin qonaqları sırasında Azərbaycan və Qazaxıstan prezidentlərinin ailə üzvləri, deputat Andrey Kovalyov, müğənni Katya Lel həyat yoldaşı ilə birgə, Jasmin, “Shopping Guide” jurnalının baş redaktoru Yekaterina Odintsova, müğənni Diana Qurskaya həyat yoldaşı ilə birgə, tanınmış televiziya aparıcıları Sofiko Şevardnadze və Darya Spiridonova da olublar. Rusiya mətbuatının yazdığına görə, Emin Ağalarovun təqdimat-konserti olduqca uğurlu keçib. Konsert boyu E. Ağalarov yeni albomundakı mahnılarını ifa edib. Konsertin keçirildiyi klub tamaşaçılarla dolu olub.

Qeyd edək ki, E. Ağalarov ifa etdiyi mahnıların əksəriyyətinin müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR