Bank Of Baku

Aysel Teymurzadə Aleksandr Rıbakla eyni səhnəni paylaşacaq

Aysel Teymurzadə Aleksandr Rıbakla eyni səhnəni paylaşacaq
# 10 iyun 2009 14:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Araşla birgə Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil edən və üçüncü yeri qazanan Aysel Teymurzadə Türkiyədə keçiriləcək “Çeşmə” Beynəlxalq Musiqi Festivalında iştirak edəcək. APA-nın məlumatına görə, bu festivalda iştirak etmək üçün A. Teymurzadə Türkiyənin TRT kanalı tərəfindən dəvət olunub. Beynəlxalq festival iyunun 29-dan iyulun 4-dək Türkiyənin kurort şəhərlərindən birində keçiriləcək. Aysel Teymurzadə isə bu festivala iştirakçı kimi deyil, qonaq kimi dəvət olunub. Festivala qonaq qismində iştirak üçün “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak və Yohana, eləcə də türk estrada sənətçisi Mustafa Sandal və “Boney M” qrupu da dəvət olunub. A. Teymruzadənin bu festivalda çıxışı iyulun 4-nə nəzərdə tutulur. Müğənni festivalda yaxın günlərdə işıq üzü görəcək yeni mahnısını ifa edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR