Bank Of Baku

Britni Spirs Moskvada konsert verəcək

Britni Spirs Moskvada konsert verəcək
# 11 iyun 2009 15:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. ABŞ-ın dünya şöhrətli pop-ulduzu Britni Spirs iyulun 21-də Rusiyaya gedəcək. APA-nın Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, amerikalı sənətçi Moskvada “Circuz” adlanan yeni albomunun təqdimatını keçirəcək. O, “Eurovision-2009” mahnı müsabiqəsinin keçirildiyi “Olimpiyskiy” İdman Kompleksində konsert də verəcək. B. Spirs konsert üçün bir tondan artıq buz, salonda rahat hərəkət etmək üçün balaca qolf-maşın tələb edib. Eyni zamanda müğənni konsertdə ona xidmət edəcək personalın ağ rəngli geyimdə olmasını istəyib. Konsertə 25 min tamaşaçının toplaşacağı gözlənilir. B. Spirs Moskva konsertində sirk abı-havası yaratmaq istəyir. Konsertdə səhnə dairəvi olacaq, tamaşaçılar hər tərəfdə oturacaq, proqramda sirk artistləri də iştirak edəcək. İyulun 19-da isə dünya ulduzu Sankt-Peterburqda konsert verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR