Sorğuda iştirak edən sənətçilərdən Xumar Qədimova, Nadir Qafarzadə, Elariz Məmmədoğlu, Elton Hüseynəliyev, Mətanət İsgəndərli, Nura toylara hansı qiymətə getdiklərini açıqlamaqdan imtina ediblər. Elariz Məmmədoğlu toylarda çıxış üçün tələb etdiyi qonorarı açıqlamamaq üçün “axı mənim çox toyum olmur, ayda, ildə bir dəfə qohum-qardaş toyuna gedirəm. Buna görə də hansısa qiymət açıqlaya bilmirəm” deyib. Bizdə olan məlumata görə isə, bəhs etdiyimiz müğənni hazırda toy məclisləri üçün ən tələbatlı müğənnilər arasındadır. Xumar Qədimova isə Elariz Məmmədoğludan fərqli olaraq bunları deyib: “Şükür Allaha ki, toylarım az olmur. Məni bu gün də öz şad günlərində görmək istəyən insanlar çoxdur. Deməli sevilirəm və bu məclislərdə canla-başla iştirak edirəm. Toy qiymətlərim fərqli olduğundan konkret qiymət deməyə çətinlik çəkirəm. Sadəcə çalışıram ki, arzu olunduğum məclislərdə iştirak edim. Bu toy yiyəsinin imkanına bağlıdır”. Son illər toylarda çıxışı çox arzu edilən sənətçilər sırasına daxil olan Elton Hüseynəliyevin prodüseri Anar Mədətov toy qiymətlərini gizli saxlamalarının səbəbini belə izah edib: “İnanın ki, qiymətləri açıqlayanda çox pis duruma düşürük. Vergi gəlir, siyahını qoyur qarşımıza, pul tələb edir. Bu nəyə lazımdır ki? Pis başa düşməyin, ancaq açıqlaya bilmərəm”. Ənənəsinə sadiq qalaraq sualımızı pessimist əhval-ruhiyyədə qarşılayan, hətta ağlamsınaraq cavab verən müğənni Nadir Qafarzadə “hamı bir parça çörək pulunun dalınca qaçır” deməklə kifayətlənib. Nura isə toylara çox nadir hallarda getdiyini əsas gətirərək tələb etdiyi qonorarı açıqlamaqdan imtina edib.
Hazırda Azərbaycanda ən bahalı toy müğənnisi, nə qədər qəribə səslənsə də, əməkdar artist Bilal Əliyevdir. O, bir toy üçün nə az, nə çox düz 100 000 avro tələb edir. Ən bahalı müğənnilərin siyahısında ötən illə müqayisədə o qədər də fərq hiss olunmur. Belə ki, ötən il olduğu kimi bu ildə həmin müğənnilərinin adları ən bahalı toy müğənniləri siyahısındadırlar. Bilal Əliyevdən sonra siyahının ən bahalı toy müğənnisi apardığı bütün toyun müqabilində 15 000 manat tələb edən xalq artisti Aygün Kazımovadır.
Ən bahalı toy qiymətləri
Müğənni | 2009-cu ilin qonorarı - bütün toyun müqabilində | 30 dəqiqəlik ifanın qonorarı |
Bilal Əliyev | 100 000 avro | 100 000 avro |
Aygün Kazımova - Namiq Qaraçuxurlu | 15 000 manat | 4 500 manat tək, 5 500 manat Namiq Qaraçuxurlu ilə birgə |
Nazpəri Dostəliyeva | 15 000 -14 000 manat arasında | 4 000 manat |
Faiq Ağayev | 15 000 manat | 4 000 manat |
Brilliant Dadaşova | 12 000 manat | 5 000 manat |
Abbas Bağırov | 10 000 manat | - |
8 000 manat və aşağı
Müğənni | 2009-cu ilin qonorarı – bütün toyun müqabilində | 30 dəqiqəlik ifanın qonorarı |
Rəqsanə | 8 000 manat | Yarım saat üçün 3 000, bir saat üçün 5 000 manat |
Samir Piriyev | 7 000 manat | 3 000 manat |
Zamiq | 6 000 manat | 2 500 manat |
Könül Kərimova və Cabbar Musayev | 6000 manat | 1 000 manat |
Lalə Məmmədova | 6 000 manat | 2 500 manat |
İradə İbrahimova | 6 000 manat | 2 500 manat |
Ayaz Qasımov | 6 000 manat | 2 000 manat |
Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupu | 6 000 manat | 2 000 manat |
5 000 manat və aşağı
Müğənni | 2009-cu ilin qonorarı – bütün toyun müqabilində | 30 dəqiqəlik ifanın qonorarı |
Ülvi Cəfərovun rəhbərlik etdiyi “Şeron” qrupu | 5 000 manat | 2 000 manat |
Nurlan Növrəsli | 5 000 manat | 1500-2000 manat |
Xuraman Şuşalı | 5 000 manat | 1 500 manat |
Kərim | 4 000-5 000 manat | 1 000-1 500 manat |
“Aşıqlar” qrupu | 4 000 manat | 1000 manat |
“N brothers” qrupu | 4 500 manat | 1 500 manat |
Cavanşir Məmmədov və Firuzə İbadova | 3 000-3 500 manat | 1 000 manat |
Rüfət Axundov | 3 000 manat | 1 000 manat |
“Yeni ulduz” yarışmasının iştirakçısı Elvin | 3 000 manat |
Hər il olduğu kimi bu ildə siyahımızda toy məclislərində ancaq 30 dəqiqəlik ifaya razılıq verən müğənnilər də var. Bu müğənnilər ötən ilki siyahı ilə eynilik təşkil edir. Adları sadalayacağımız sənət adamları bütün toyu aparmaq məsuliyyətini öz üzərlərinə götürmürlər. Artıq bir neçə ildir ki, eyni müğənnilər məclislərə ancaq yarım saatlıq ifa üçün gedirlər. Müğənnilərin bu addımı bütün toyu aparmaqla az pul qazanmaqdansa, gün ərzində bir neçə toya getməklə daha çox pul qazanmaq istəyi ilə izah olunur.
Müğənni | Yarım saatlıq ifaya görə tələb etdikləri qonorar |
Zülfiyyə Xanbabayeva | 6 000 manat |
Röya | 4 000 -3500 arasında |
Elnur | 3 000 manat |
Manana | 3 000 manat |
Natəvan Həbibi | 3 000 manat |
Namiq Qaraçuxurlu | 2 500 manat |
Ədalət Şükürov | 2 500 manat |
Samirə | 2 500 manat |
Sorğumuzun sonunda vergi verməkdən qorxmayan müğənnilərin Rusiyada çıxış etdikləri toyun müqabilində tələb etdikləri qonorarı açıqlayırıq. Sənətçilərlə söhbət əsnasında məlum olub ki, şou-biznes nümayəndələri Rusiya toylarında əsasən 30 dəqiqəlik ifaya razılıq verirlər. Elə təqdim etdiyimiz siyahıda da müğənnilərin yarım saatlıq ifaları üçün tələb etdikləri qonorar açıqlanıb. Eyni zamanda pul qazanmaq üçün Rusiyaya üz tutan müğənnilərimizin yol xərclərini də toy sahibləri ödəməlidir. Əks-halda müğənnilərin tələb etdikləri qonorarın məbləğində xeyli artım olur. Həm də müğənnilərimiz toy sahiblərinin qarşısına Rusiyaya təyyarədə ancaq “biznes-klass”da uçacaqları şərtini qoyurlar. Sorğu zamanı məlum olub ki, müğənnilərimiz Rusiyada yarım saatlıq ifalarına görə, Azərbaycanda apardıqları toylardan üç dəfə artıq pul qazanırlar. Bir şeyi də unutmaq olmaz ki, bu gün şou-biznes nümayəndələrinin əksəriyyəti (bu siyahıda adları qeyd olunmayan sənətçilər də) Rusiyada keçirilən toy məclislərində iştirak edirlər.
Müğənnilərin Rusiyada apardıqları toyun müqabilində tələb etdikləri qonorar
Müğənni | Rusiya toyları üçün tələb etdikləri qonorar |
Nazpəri Dostəliyeva | 25 000-30 000 avro |
Abbas Bağırov | 25 000 manat |
Aygün Kazımova | 25 000 manat |
Rəqsanə | 15 000 manat |
Namiq Qaraçuxurlu | 10 000 manat |
Ülvi Cəfərovun rəhbərlik etdiyi “Şeron” qrupu | 10 000 manat |
Ədalət Şükürov | 10 000 manat |
Xuraman Şuşalı | 10 000 manat |
Kərim | Bütün toy 15 000 manat 30 dəqiqəlik ifa 10 000 manat
|
Lalə Məmmədova | ansamblsız 10 000 avro |
Rüfət Axundov | 8 000 manat |
Xəyyam Nisanov | 10 000 dollar |
Sonda olaraq onu da vurğulayaq ki, Azərbaycanda hələ də qonorarsız, ancaq qohum və yaxın dostların toy məclislərində iştirak edən sənətçilər də var. Bu sırada xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, Alim Qasımov, Mənsum İbrahimovun adlarını çəkmək olar.