Bank Of Baku

Aygün Kazımova: “Həyatımı bu sənətə qurban vermişəm” - FOTOSESSİYA

Aygün Kazımova: “Həyatımı bu sənətə qurban vermişəm” - <font color=red>FOTOSESSİYA</font>
# 12 iyun 2009 11:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Mən həyatımı bu sənətə qurban vermişəm və qurban verməyə də davam edəcəyəm”. Bu sözləri APA-ya açıqlamasında bu gün xalq artisti fəxri diplomunu əlinə alan Aygün Kazımova deyib. Sənətçi özünü çox xoşbəxt hiss etdiyini və bu hissi yaşamağı bütün həmkarlarına arzu etdiyini söyləyib: “İllər boyu çəkilən zəhmətin bu cür yüksək mükafatlandırılması çox gözəl haldır. Xalq artisti fəxri adına layiq görüldüyümü ilk dəfə eşidəndə nə edəcəyimi bilmədin. Həyatım boyu bu cür xoşbəxt anlar yaşadığım yadıma gəlmir. Sənətçi kimi sözün əsil mənasında çox xoşbəxtəm. Bütün sənət dostlarıma bu hissləri yaşamağı arzu edirəm. Məni xoşbəxt etdiyi üçün cənab prezidentə minnətdarlığımı bildirirəm. Mənim üçün ən şərəfli məqamlardan biri odur ki, əməkdar artist diplomumda Heydər Əliyevin, xalq artisti diplomumda isə İlham Əliyevin imzası var. Mən bunu tarixi an kimi qiymətləndirirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR